Yuxarı

Nəriman İsgəndərov Azərbaycana ekstradisiya ediləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nəriman İsgəndərov Azərbaycana ekstradisiya ediləcək

Azərbaycan vətəndaşı Nəriman Vaqif oğlu İsgəndərov ekstradisiyası ilə bağlı Baş Prokurorluq tərəfindən verilmiş vəsatət Ukraynanın Baş Prokurorluğu tərəfindən təmin edilib.

Axar.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Nəriman İsgəndərovun qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, elektron məlumat daşıyıcısından istifadə edilməklə, xeyli miqdarda ziyan vurmaqla oğurluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Bu səbəbdən Nəriman İsgəndərovun barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul olunub və o, istintaqdan yayınaraq gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib. Hazırda onun Azərbaycana gətirilməsi istiqamətində müvafiq tədbirlər davam etdirilir.

Tarix
2026.03.19 / 20:42
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə Belqrad arasında Astanada mühüm müzakirə

XX əsrin ən böyük texnogen fəlakəti - Çernobılın 40 ili...

Azərbaycanda erkən xəbərdarlıq sistemləri gücləndirilir

Speys TV fəaliyyətini dayandırır

Köçəryan yenə sayıqladı: Yeni müharibə...

Azərbaycanla Ukrayna yeni saziş imzaladı - Foto

Rusiya-Ukrayna danışıqları Bakıda keçirilə bilər - 3 səbəb

İlham Əliyevdən Zelenskinin səfəri ilə bağlı - Videoçarx

Azərbaycan bizə 5 avtobus verdi və 45 milyonluq yardım etdi

Bakı BMT-nin şəhər həyatı prinsipinə uyğundur - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla