Yuxarı

Moskva-Bakı reysi ilə uçan təyyarə quşla toqquşubmuş...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Moskva-Bakı reysi ilə uçan təyyarə quşla toqquşubmuş...

14:17

Moskva-Bakı reysi ilə uçan "Aeroflot" şirkətinə məxsus təyyarə Şeremetyevo hava limanına qəza enişi edib.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, təyyarə səhər saat 8:00-da Bakıya yola düşüb, lakin mühərrikində nasazlıq yarandığı üçün Şeremetyevoya qayıdıb.

Təyyarə Moskva vaxtı ilə saat 12:10-da təhlükəsiz şəkildə yerə enib.

***

"Aeroflot" aviaşirkəti SU1854 nömrəli Moskva-Bakı reysinin mühərrik nasazlığı səbəbindən Şeremetyevo hava limanına qəza enişi etməsi barədə bəzi Teleqram kanallarında yayılan məlumatları təkzib edib.

Aviaşirkətin açıqlamasında bildirilir ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. Əslində, 22 mart tarixində baş tutan uçuş zamanı təyyarə havaya qalxdıqdan qısa müddət sonra quşla toqquşub:

"Bir neçə resursda yayılan mühərrik nasazlığı barədə məlumatlar yanlışdır. Uçuş təhlükəsizliyi qaydalarına uyğun olaraq, SU1854 reysinin göyərtə komandiri təyyarənin quşla toqquşması səbəbindən geri — Şeremetyevo hava limanına qayıtmaq qərarı verib".

Qeyd olunub ki, təyyarənin enişi hər hansı fövqəladə vəziyyət olmadan, tam ştat rejimində icra edilib. İnsident nəticəsində heç bir texniki ciddi fəsad qeydə alınmayıb və sərnişinlərin təhlükəsizliyi təmin olunub.

"Aeroflot"dan verilən məlumata görə, sərnişinlərin vaxt itirməməsi üçün reys qısa müddət ərzində ehtiyat təyyarə ilə yerinə yetiriləcək. Hazırda sərnişinlərin yeni hava gəmisi ilə Bakıya yola salınması üçün hazırlıq işləri görülür.

Tarix
2026.03.22 / 14:54
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla