Yuxarı

Vasif Talıbovla bağlı xüsusi qərar verilə bilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vasif Talıbovla bağlı xüsusi qərar verilə bilər

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin sabiq sədri Bəhruz Əsgərov 5 milyon manatdan çox vəsaiti mənimsəməkdə ittiham olunsa da, özünü təqsirli bilmir. İlk məhkəmə baxışı prokurorun ittiham aktını elan etməsi ilə başlayıb.

İttihama görə, B.Əsgərov 2018-2020-ci illərdə Mikayıl İbrahimov, Yaşar İbrahimov, Səbuhi Dadaşov, Malik Zamanov, Müslüm Mehdiyev, Çingiz Mehdiyev, Arif Əsgərov, Hidayət İmanov və digərləri ilə birgə dövlət büdcəsindən ayrılan vəsaitləri mənimsəyiblər. Öz növbəsində B.Əsgərov əvvəlki dindirmələrdə Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovu və Naxçıvan Şəhərsalma və Arxitektura Komitəsinin sabiq sədri Hicran Rüstəmovu korrupsiyada ittiham edib.

Məlumdur ki, Vasif Talıbovun adı bir neçə dəfə korrupsiyada hallanıb. İddialar öz əksini taparsa, Talıbov məsuliyyətə cəlb olunacaqmı? Bu halda onu hansı cəza gözləyir?

Axar.az xəbər verir ki, vəkil Asim Abbasov Globalinfo.az-a açıqlamasında həm ittiham, həm də müdafiə tərəfinin müvafiq vəsatəti əsasında Vasif Talıbovun məhkəmədə şahid qismində dindirilə biləcəyini deyib.

“Vasif Talıbov şahid qismində dindirildikdən sonra məhkəmə istintaqı zamanı onun əməllərində hər hansı bir cinayət tərkibinin olması müəyyən edilə bilər. Əgər belə olarsa, məhkəmə bu barədə xüsusi qərar qəbul edərək, araşdırılması üçün aidiyyəti istintaq orqanına göndərə bilər”.

Tarix
2026.03.26 / 14:37
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

Əliyevin sözləri Ermənistanda çox həssas qarşılanır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla