Yuxarı

18 yaşlı Adam Kadırov Rusiyanın ən gənc mayoru oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
18 yaşlı Adam Kadırov Rusiyanın ən gənc mayoru oldu

Çeçenistan liderinin övladı və hazırda respublikanın Təhlükəsizlik Şurasının katibi kimi fəaliyyət göstərən 18 yaşlı Adam Kadırov ictimaiyyət arasında ilk dəfə zabit paqonlarında görünüb.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, sözügedən kadrları onun atası Ramzan Kadırov öz sosial şəbəkə hesablarında paylaşıb.

Görüntülərdə Adam Kadırovun Çeçenistanın güc strukturlarının nümayəndələri ilə keçirilən görüşdə iştirak etdiyi əks olunub. O, flora dizaynlı kamuflyajdadır, poqonlarında isə mayor rütbəsini göstərən orta ölçülü bir ulduz nəzərə çarpır. Hərbi geyimin üzərində Ramzan Kadırovun gənc yaşlarından istifadə etdiyi və daha sonra oğluna keçən "Dustum" (dari dilində tərcüməsi "dostlar" deməkdir) çağırış adı da yer alıb. Gəncin sinəsini həmçinin müxtəlif medallar bəzəyir.

Gənc Kadırovun yeni hərbi rütbə alması barədə rəsmi qaydada heç bir açıqlama verilməyib. Buna baxmayaraq, onun 5Rusiya Milli Qvardiyasının təqdim etdiyi döyüşdə fərqlənməyə görə medalı da daxil olmaqla, bir çox mükafatlara sahib olduğu məlumdur.

Tarix
2026.03.26 / 16:40
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan İsraildəki səfirini geri çağırdı? - Təcili

Efirdə AzTV sədri ilə mübahisə, batan “T” və ayaqqabı...

Zimbabve parlamentinin spikeri Azərbaycana gəldi

Uşağın polis helikopterinə "salamı": mükafat aldı - Video

Azərbaycan XİN bu ölkəni təbrik etdi

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla