Yuxarı

DYP-dən yağışlı hava ilə bağlı sürücülərə çağırış

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DYP-dən yağışlı hava ilə bağlı sürücülərə çağırış

Hazırda ölkə ərazisində müşahidə olunan yağışlı və çiskinli hava, eləcə də bəzi istiqamətlərdə yaranan dumanlı şərait yol hərəkəti üçün əlavə çətinliklər yaradır.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Axar.az-a verilən məlumata görə, görmə məsafəsinin məhdudlaşması və yol örtüyünün sürüşkən olması qəza riskini əhəmiyyətli dərəcədə artırır.

Məlumatda qeyd olunub ki, BDYPİ bütün hərəkət iştirakçılarını mövcud hava şəraitini nəzərə alaraq daha diqqətli və məsuliyyətli davranmağa çağırır:

"Sürücülərə tövsiyə olunur ki, nəqliyyat vasitələrini idarə edərkən sürət həddini yol və hava şəraitinə uyğun seçsinlər, ara məsafəsini artırmaqla qəfil vəziyyətlərə hazır olsunlar, manevr və ötmə zamanı xüsusi ehtiyatlı davransınlar. Eyni zamanda, texniki baxımdan şüşəsilənlərin, işıq cihazlarının və təkərlərin saz vəziyyətdə olması diqqətdə saxlanılmalıdır. Piyadalar isə yolu yalnız müəyyən olunmuş yerlərdən keçməli, hərəkətə başlamazdan əvvəl yolun təhlükəsiz olduğuna əmin olmalı, xüsusilə məhdud görünmə şəraitində özlərinin daha aydın görünməsinə diqqət yetirməlidirlər.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bildirir ki, mürəkkəb hava şəraitində yollarda təhlükəsizliyin təmin olunması hər bir hərəkət iştirakçısının məsuliyyətli davranışından birbaşa asılıdır".

Tarix
2026.03.27 / 15:19
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla 6 sənəd imzalandı - Zelenski

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - Foto

Azərbaycan XİN-dən Nyu York merinə cavab

Zelenski Qəbələdən paylaşım etdi - Foto

Zelenski: Rusiya ilə danışıqlar Azərbaycanda keçirilsin

Zelenski buna görə İlham Əliyevə təşəkkür etdi

Həm Azərbaycanda, həm də Ukraynada... - Prezident

SOCAR Ukraynada uzun illərdir ki... - Prezident

2022-ci ilin yanvarında Kiyevdə apardığımız fikir mübadiləsi...

Zelenski Qəbələdə: Əliyevlə təkbətək görüş keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla