Yuxarı

Toya hazırlaşanların diqqətinə - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Toya hazırlaşanların diqqətinə - Video

Ramazan ayı boyunca toylara verilən fasilə artıq başa çatıb və şadlıq saraylarında yenidən canlanma müşahidə olunur. Lakin qarşıdan Məhərrəmlik gəlir. Bu səbəbdən şadlıq evlərində yenidən durğunluq yaşanacağı gözlənilir.

Axar.az xəbər verir ki, vətəndaşların böyük qismi toy mərasimlərini Məhərrəmlikdən sonraya planlaşdırır.

Bəs bu məqam menyuların qiymətinə təsir göstərə bilərmi? Baku TV bunu öyrənmək üçün bir neçə restoranla əlaqə saxlayıb.

“Martın sonu, aprel, may və iyunun 15-dək olan günlər üçün toy sifarişlərimiz var. Aprelin 16-dan etibarən Məhərrəmlik başlayır. Ondan sonra sifarişlər yavaş-yavaş yazılır. Adətən Məhərrəmlik ərəfəsində gəlib tarix götürürlər. Qiymət artımı isə bizdən asılı deyil. Əgər bazarda artım olmasa, biz də qiymətləri artırmayacağıq. Bazarda ciddi bahalaşma olarsa, bizdə də 3-5 manat fərq yarana bilər”, – administratorlardan biri deyib.

“Ramazan bayramından sonra toylarımız yaxşı gedir. Qiymətlərdə artım yoxdur. Məhərrəm ayından sonrakı tarixlər üçün də sifarişlər yazılır və qiymətlərdə yenə dəyişiklik yoxdur. Bazarda bahalaşma olsa da, hazırda qiymətlər eyni qalır”, – digər administrator bildirib.

Görünən odur ki, hələlik qiymət artımı gözlənilmir. Lakin bazarda məhsulların qiymətində artım olarsa, vəziyyət dəyişə bilər.

Qeyd edək ki, hazırda şadlıq saraylarında menyu qiymətləri minimum 45-50 manatdan başlayır. Bəzi restoranlarda isə bu rəqəm 100 manat və daha yuxarı məbləğdə təklif olunur.

Daha ətraflı süjetdə:

Tarix
2026.03.31 / 00:44
Müəllif
Axar.az
Digər xəbərlər

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla