Yuxarı

FHN strukturlarında anım tədbirləri keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN strukturlarında anım tədbirləri keçirildi

Fövqəladə Hallar Nazirliyinin strukturlarında 31 mart – Azərbaycanlıların Sоyqırımı Günü ilə əlaqədar anım tədbirləri kеçirilib.

Axar.az xəbər verir ki, tədbirlərdən əvvəl şəxsi heyət tərəfindən Şəhidlər xiyabanı ziyarət olunub, şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib. Nazirliyin əməkdaşları, həmçinin soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirildiyi muzeyi də ziyarət ediblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlanılan toplantılarda soyqırımı qurbanlarının, eləcə də Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

31 mart – Azərbaycanlıların Soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbirlərdə XX əsrin əvvəllərində xalqımıza qarşı törədilmiş kütləvi qırğınların mahiyyəti bir daha xatırlanıb, bu faciələrin tarixi yaddaşda qorunub saxlanılmasının vacibliyi vurğulanıb. Natiqlər 1918-ci ilin mart-aprel aylarında erməni-daşnak birləşmələri tərəfindən törədilmiş hadisələrin mahiyyəti, nəticələri və Azərbaycan xalqına vurduğu ağır zərbələr barədə geniş məlumat veriblər. Qeyd olunub ki, həmin dövrdə minlərlə günahsız insan yalnız milli və dini mənsubiyyətinə görə amansızlıqla qətlə yetirilib, yaşayış məntəqələri barbarcasına dağıdılıb.

Çıxışlarda xüsusi vurğulanıb ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən 26 mart 1998-ci ildə imzalanmış “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə həmin tarixin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması bu faciəyə hüquqi-siyasi qiymət verilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu siyasət Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən sistemli şəkildə davam etdirilib və həqiqətlər beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb.

Tədbirlərdə, həmçinin bildirilib ki, Azərbaycan xalqının qan yaddaşını silmək üçün dəfələrlə ardıcıl cəhdlər göstərilməsinə baxmayaraq, erməni-daşnak birləşmələri arzularına çata bilməyib, onların mənfur niyyətlərinin qarşısı qətiyyətlə alınıb. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin mahir diplomatiyası, parlaq sərkərdəlik istedadı və müdrik idarəçilik qabiliyyəti nəticəsində erməni-daşnak faşizminin reallaşdırmaq istədiyi terrorçuluq, hərbi təcavüz və silahlı separatçılıq siyasəti ifşa olunub, düşmən birdəfəlik susdurulub. 44 günlük Vətən müharibəsi və 23 saatlıq antiterror tədbirləri Azərbaycanın üzləşdiyi 30 illik işğala son qoymaqla yanaşı, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası ilə yekunlaşıb, 200 illik məkrli və qanlı tarixə malik erməni separatizmi “Dəmir yumruğun” qarşısıalınmaz zərbəsi ilə məhv edilib.

Tədbirlərdə azərbaycanlıların soyqırımı tarixini əks etdirən filmlər nümayiş olunub.

Tarix
2026.03.31 / 18:02
Müəllif
Axar.az
Digər xəbərlər

Belçika Azərbaycana təşəkkür etdi

Səyyad Aranın qalmaqallı sözlərinə deputatlardan reaksiya

Bakıda rekord yağışların səbəbi müharibədir? - Şok açıqlama

29 il öncə Heydər Əliyev Ağ Evin xatirə kitabına nə yazmışdı?

Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasında

Azərbaycanlıların Soyqırımı Günü: XİN bəyanat yaydı

Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür

Ceyhun Bayramov iranlı həmkarı ilə danışdı

Ermənistanın dərmir yolları türk ölkəsinə verilir? - Rusiya

Pezeşkianın təşəkkür elədiyi ölkəyə SEPAH raket atdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla