Yuxarı

Kommunal xidmətlərdə vahid abonent bazası yaradılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kommunal xidmətlərdə vahid abonent bazası yaradılır

Azərbaycanda kommunal xidmətlər üzrə vahid abonent bazasının ilkin mənbə kimi təkmilləşdirilməsi və digər sistemlərin bu məlumatlardan istifadəsinin təmin edilməsi istiqamətində tədbirlər görüləcək.

Axar.az Report-a istinadla xəbər verir ki, abonentlərin fərdi identifikasiya nömrəsi (FİN) və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) üzrə məlumat bazasının mötəbərliliyinin 90%-ə çatdırılması planlaşdırılır.

Bu məqsədlə "Azərişıq" ASC, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, "Azəristiliktəchizat" ASC və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi tədbirlər planı hazırlaYacaq. Planın bu il mayın 15-nə qədər təqdim edilməsi nəzərdə tutulur.

Bundan əlavə, abonent məlumat bazasında ünvan reyestri məlumatlarının tətbiqi genişləndiriləcək və bu sahədə də mötəbərlilik səviyyəsinin 90 %-ə çatdırılması hədəflənir.

Məlumatların dəqiqləşdirilməsi məqsədilə nəzarətçilər yerində mobil qurğular (planşetlər) vasitəsilə FİN, VÖEN və ünvan məlumatlarının toplanılmasını həyata keçirəcək.

Bu tədbirlər kommunal xidmətlər üzrə formalaşdırılan məlumatların dürüstlük səviyyəsini müəyyən edir və məlumatların vahid qaydalar əsasında, rəsmi mənbələrlə uyğun şəkildə formalaşdırılması əsas meyar kimi götürülür.

Tarix
2026.04.03 / 15:36
Müəllif
Axar.az
Digər xəbərlər

İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm - Saakaşvili

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Paşinyanın 2031-ci il hədəfi nəyə hesablanıb? - 5 illik plan

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla