Yuxarı

Müğənninin ölümünə səbəb olan sürücü bağışlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müğənninin ölümünə səbəb olan sürücü bağışlandı

Ötən il Bakıda Dövlət Bayrağı Meydanı yaxınlığında tanınmış müğənni Vlada Axundovanın ölümü ilə nəticələnən avtomobil qəzası ilə bağlı məhkəmə prosesi başa çatıb.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, təqsirləndirilən şəxs qismində hakim qarşısına 2002-ci il təvəllüdlü Mehdizadə Seyfulla çıxarılıb.

O, məhkəmədə ifadəsində 1 nömrəli çörək zavodunda gecə növbəsində sürücü işlədiyini, işdən sonra isə icarə əsasında götürdüyü avtomobillə taksi fəaliyyəti ilə məşğul olduğunu bildirib. 24 yaşlı gəncin sözlərinə görə, hadisə vaxtı yorğun olduğu üçün onu sükan arxasında yuxu tutub və bədbəxt hadisə qaçılmaz olub.

Vlada Axundovanın anası məhkəməyə ərizə təqdim edərək Seyfulla Mehdizadə ilə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib. O, həmçinin qızının vəfatı ilə bağlı məhkəmə iclasının ona pis təsir edəcəyini və yaşının nəzərə alınaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş edib.

Şahid qismində ifadə verən 01 CH 477 dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobilin sürücüsü Sadiq İsaqov bildirib ki, taksi fəaliyyəti ilə məşğul olur və hadisə zamanı həyatını itirən Vlada Axundova onun maşınına müştəri qismində əyləşib. Onun sözlərinə görə, Vlada Axundova qeyd edilən ünvana çatanda avtomobildən düşdükdən sonra qapını bağlamaqda çətinlik çəkib və bir neçə saniyə qapını örtməyə çalışdığı anda arxadan gələn maşın “Toyota”ya çırpılıb. Nəticədə Vlada Axundova aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qısa olaraq bildirək ki, təqsirləndirilən şəxs idarə etdiyi “Hunday Elantra” markalı 77 SJ 148 dövlət qeydiyyat nişanlı avtomobillə yolun kənarında dayanmış və Sadiq İsaqova məxsus “Toyota”nı arxadan vurub. Qəza nəticəsində 1988-ci il təvəllüdlü Vlada Axundova hadisə yerində ölüb. Hadisə vaxtı Seyfullanın maşınında müştəri qismində əyləşən 1997-ci il təvəllüdlü Bahar Məcidova isə xəsarət alıb.

Məhkəmənin qərarına əsasən, Seyfulla Mehdizadə üç il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, Vlada Axundova vaxtilə “Səs Azərbaycan” yarışmasında iştirak etmişdi.

Tarix
2026.04.08 / 13:52
Müəllif
Axar.az
Digər xəbərlər

İran danışığa məcbur edilib, deməli... – Zülfüqarov

ABŞ, İsrail və İran məğlubdur: Qaliblər sırasında isə Bakı da var

İrana elə bir zərbə vuruldu ki... - Ayağa qalxa biləcək?

İlham Əliyev qazaxıstanlı nazirləri qəbul etdi - Foto

İranın şərtləri budur - ABŞ qəbul edə bilməz!

Bu, İran üçün qələbə deməkdir

Rəsmi Bakıdan ABŞ və İran arasındakı atəşkəsə reaksiya

Litva baş naziri Azərbaycana gəlir

Netanyahu sülhə imkan vermir: hücuma keçdi

XİN-dən Ağdaban qətliamı ilə bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla