Yuxarı

Prezident daha bir fərman imzaladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident daha bir fərman imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 20 dekabr tarixli 418 nömrəli və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2023-cü il 1 may tarixli 2130 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Axar.az fərmanın mətnini təqdim edir:

1. “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2575 (Cild I); 2024, № 12 (II kitab), maddə 1360) 3.2-ci bəndi aşağıdakı redaksiyada verilsin:

“3.2. TƏBİB-in Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisindən (sədr olmaqla), Azərbaycan Respublikası maliyyə nazirinin müavinindən, Azərbaycan Respublikası səhiyyə nazirinin müavinindən, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinindən və Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədrindən ibarət tərkibdə formalaşdırılır;”.

2. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 1 may tarixli 2130 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 5, maddə 634 (Cild I) ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Nizamnaməsi”nin 4.4-cü bəndinin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Şuranın tərkibinə Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi (sədr olmaqla), Azərbaycan Respublikası maliyyə nazirinin müavini, Azərbaycan Respublikası səhiyyə nazirinin müavini, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini və Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədri daxildir.”.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Tarix
2026.04.08 / 14:12
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla