Yuxarı

Yararsız tikinti məktəbin inşasına mane olur - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yararsız tikinti məktəbin inşasına mane olur - Video

Bakıda yaşayışa yararsız tikili məktəb binasının inşasına çətinlik yaradır.

Axar.az xəbər verir ki, tikinti şirkətinin rəsmisi Orxan Mamedov Real TV-yə açıqlamasında bildirib ki, mövcud ərazi tam şəkildə şirkətə məxsusdur:

“Bununla bağlı bütün sənəd və çıxarışlar mövcuddur. Müəyyən bir zaman ərzində gecəqondu tipli tikililər tikiblər və ərazidə məskunlaşıblar. Heç bir sənədlərinin olmamasına baxmayaraq, yaşayış məntəqəsi kimi zəbt ediblər. Ancaq içəriyə daxil olsanız, görəcəksiniz ki, orada yaşayış üçün heç bir şərait də yoxdur”.

O.Mamedov deyir ki, şirkətin ərazisi olmasına baxmayaraq, sakinə hətta kompensasiya da təklif olunub: “Təəəssüflər olsun ki, vətəndaş dəyərindən 100 dəfə artıq şişirdilmiş məbləğ istəyib. Bu isə şirkətin imkanları daxilində deyil.

Onu da qeyd edim ki, məktəbin tikintisinə başlanılarkən vətəndaş təcili olaraq tikilidə tikinti işlərinə başlayıb. Bununla da görüntü yaradıb ki, əlavə tikili var və buna görə də ayrıca ödəniş alsınlar. Fikir verin, tikilidə işıq, qaz, su yoxdur. Burada yaşamaq mümkün deyil. Sadəcə görüntü yaradıblar ki, külli miqdarda kompensasiya tələb etsinlər.

Biz bir şirkət olaraq bu günə qədər daha böyük ərazilərin yaşıllaşdırmasına xidmət edirik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunub. Tikinti zonasına düşən bir neçə ağac haqqında rəy gözlənilir. Tikinti layihələndirilən zaman burada ağacların olması nəzərə alınacaq. Binanın girintili və çıxıntılı olmasının səbəbi yaşıllıqlara toxunmamaqdır”.

Tarix
2026.04.08 / 15:06
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla