Yuxarı

“Nar” inklüziv təşəbbüsə qoşulub

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Nar” inklüziv təşəbbüsə qoşulub

Sərfəli mobil operator “Nar” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “İmkanlar hər kəs üçün” layihəsi çərçivəsində əlilliyi olan şəxslər üçün nəzərdə tutulan təcrübə proqramına ev sahibliyi edir.

Proqramın əsas məqsədi iştirakçıların real korporativ iş mühitinə inteqrasiyasını dəstəkləmək, onların peşəkar bacarıqlarını inkişaf etdirmək və inklüziv əmək mühitini təşviq etməkdir. Layihə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və BMT-nin Məskunlaşma Proqramının birgə təşəbbüsü olan Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində keçirilir.

Qeyd edək ki, aprel ayı ərzində davam edəcək proqramda iştirakçılar “Nar”ın müxtəlif departamentlərində təcrübə keçirlər. Ümumilikdə 30 nəfərdən ibarət iştirakçı qrupu real iş mühiti ilə tanış olur, gündəlik iş proseslərində iştirak edir və praktiki biliklərini inkişaf etdirir.

Xatırladaq ki, “Nar” sosial məsuliyyət strategiyası çərçivəsində inklüzivliyin təşviqinə xüsusi önəm verir. Şirkət müxtəlif bacarıqlara və fərqli həyat təcrübələrinə malik şəxslər üçün əlçatan və bərabər imkanlar yaradan iş mühitinin formalaşdırılmasını prioritet hesab edir. Bu cür təşəbbüslərlə mobil operator həm inklüziv korporativ mədəniyyətin inkişafına, həm də cəmiyyətdə mövcud stereotiplərin aradan qaldırılmasına töhfə verməyə davam edir. “Nar”ın həyata keçirdiyi digər sosial layihələr haqqında daha ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək mümkündür.

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 7 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.

Tarix
2026.04.08 / 16:02
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla