Yuxarı

ADSEA sədri tikinti-bərpa işləri ilə tanış oldu – Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ADSEA sədri tikinti-bərpa işləri ilə tanış oldu – Video

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin balansındakı diamertri 1200 mm-lik tullantı su kollektorunun çökməsinə səbəb olan evlərdən biri komissiyanın qərarı əsasında sökülüb.

Axar.az xəbər veri ki, Xətai rayonu, Rəşid Bağırov küçəsindən keçən kollektorda izafi yüklənmə nəticəsində baş verən qəza hadisəsi suyun ətraf ərazilərə yığılmasına səbəb olmuşdur.

Hazırda həmin ərazilərdə suyun kənarlaşdırılması istiqamətində intensiv işlər aparılır. Bu məqsədlə müvəqqəti qərargah yaradılıb. Qərargaha ADSEA sədri Zaur Mikayılov rəhbərlik edir. Agentlik sədri bu gün də ərazidə olub, işin sürətləndirilməsi istiqamətində tapşırıqlarını verib.

ADSEA-nın İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin əməkdaşları yüklənmə nəticəsində çökən tullantı su kollektorunun 9 metr dərinlikdə olan qəzalı hissəsinin üzərindən torpaq qatı götürülüb, təmir-bərpa işləri həyata keçirilir.

Qeyd edək ki, həmin ünvanda evlərin altında qalan 500 millimetrlik çuğun xəttin 100 metr hissəsi polietilen boru ilə əvəzlənərək yeri dəyişdirilib. Qəzalı vəziyyətdə olan evin altında qalan 100 və 150 millimetrlik köhnə polad borular da ləğv edilərək diametri 110 və 160 millimetrlik yeni polietilen borularla əvəz olunub.

Qəza ehtimalının artması ilə bağlı indiki hadisədən öncə sakinlərə xəbərdarlıq edilib, kollektorun üzərində təmir-tikinti, bərpa işlərinin təhlükəsiz icrası üçün ərazini boşaltmaları tapşırılıb.

Tarix
2026.04.08 / 17:39
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa etdi

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

İran atəşkəsə getməklə taktiki üstünlüyünü itirdi

Paşinyan haqlıdır, onun hakimiyyətə gəlişi... - Politoloq

Bakıda dördüncü görüşün keçirilməsi... - Koçinyan

Yeddi aya yağan yağış iki gündə yağdı - Video

Nifrət nə qədər az olarsa, Bakı ilə sülhə aparan yol... - Aratyan

İrandan Azərbaycana təxliyə olunanların sayı...

Hikmət Hacıyev Ermənistan nümayəndələri ilə görüşdü

Azərbaycan Ermənistana 887 ton dizel göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla