Yuxarı

Bakıda qəribə olay: Məhkəmədən öz həbsini istədi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda qəribə olay: Məhkəmədən öz həbsini istədi

Barəsində inzibati xəta protokolu tərtib edilmiş içki aludəçiliyi olan şəxs məhkəmədən bağışlanmasını deyil, barəsində həbs qərarı çıxarılmasını xahiş edib.

Axar.az Qaynarinfo-ya istinadla xəbər verir ki, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin hakimi Emin Axundovun sədrliyi ilə keçirilən prosesdə 1989-cu il təvəllüdlü H.V. barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri üzrə tərtib edilmiş protokola baxılıb.

Məlum olub ki, paytaxt sakini H.V. sərxoş vəziyyətdə olarkən səbəbsiz yerə qonşusunun qapısını təpiklə vurub və bu səbəbdən də saxlanılıb. O, məhkəmə iclasında əməlini etiraf edərək alkoqol asılılığından qurtulmaq üçün barəsində ən ağır inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş edib.

H.V.-nin vəkili də müdafiə etdiyi şəxsin törətdiyi inzibati xətanı səmimi etiraf etdiyini bildirərək, onun müalicəsi və islahı məqsədilə qanunvericilikdə nəzərdə tutulan inzibati tənbeh tədbirinin tətbiq olunmasını istəyib.

Məhkəmənin qərarı ilə H.V. 20 gün müddətinə inzibati qaydada həbs edilib.

Tarix
2026.04.08 / 20:06
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla