Yuxarı

“Kontakt” öz sektorunun №1 vergi ödəyicisi oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Kontakt” öz sektorunun №1 vergi ödəyicisi oldu

Azərbaycanın ən aparıcı elektronika şəbəkəsi “Kontakt” bazardakı gücünü bu dəfə ölkənin iqtisadi göstəricilərində sübut edib. Belə ki, şəbəkə ölkənin elektronika sektorunda ən çox vergi ödəyən №1 şirkət statusunu qazanıb.

Müasir biznes mühitində uğur artıq təkcə satış və xidmət göstəriciləri ilə deyil, həm də şirkətin cəmiyyət qarşısındakı sosial məsuliyyətini necə yerinə yetirməsi ilə ölçülür. “Kontakt” da uzun illərdir fəaliyyətini şəffaflıq və bu məsuliyyət prinsipləri üzərində aparır. Ötən il üzrə 40,1 milyon manat vergi ödəyən şəbəkə ödənilən hər bir manat vergiyə ölkənin inkişafına, vətəndaşların ehtiyaclarına xərclənən bir sərmayə kimi yanaşır. Şəbəkənin öz sektorunda №1 olması da məhz bu sosial məsuliyyətə dəstəyinin göstəricisidir. “Kontakt”ın siyahıda elektronika sektoru üzrə ilk sırada yer alması həm də şirkətin bazardakı güclü mövqeyini göstərən göstəricilərdən biridir.

Qeyd edək ki, şəbəkə 2025-ci ildə qeyri-neft sektoru üzrə ən çox vergi ödəyən şirkətlər siyahısında ilk 10-luqda yer alıb. Qeyd olunan rəqəmlər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqladığı məlumatlara əsaslanır.

Xatırladaq ki, hazırda “Kontakt” Azərbaycan üzrə 50-dən çox, Gürcüstanda altı mağaza, kontakt.az və kontakt.ge onlayn platformaları ilə minlərlə müştəriyə xidmət göstərir. Üstəlik, şəbəkə Avropanın ən böyük elektronika ittifaqı olan “Euronics”in Qafqaz üzrə ilk və yeganə rəsmi tərəfdaşıdır.

Tarix
2026.04.10 / 10:20
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla