Yuxarı

Azərbaycanda sabiq nazirə yeni vəzifə verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda sabiq nazirə yeni vəzifə verildi

Naxçıvan Muxtar Respublikasının sabiq iqtisadiyyat naziri Tapdıq Əliyevə yeni vəzifə verilib.

Axar.az Qaynarinfo-ya istinadla xəbər verir ki, müvafiq əmrlə Tapdıq Vaqif oğlu Əliyev "Naxçıvan Sertifikatlaşdırma Və Metrologiya Mərkəzi" publik hüquqi şəxsin direktoru təyin edilib.

Bundan əvvəl sözügedən qurumun direktoru Səbuhi Ələkbər oğlu Seyidov olub.

Qeyd edək ki, Tapdıq Əliyev 2019-cü ilin mayın 14-də Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qərarı ilə iqtisadiyyat naziri təyin olunub və 2023-cü ilin dekabrın 8-də Ali Məclis sədrinin qərarı ilə işdən azad edilib. Elə həmin ay Tapdıq Əliyev iqtisadiyyat nazirinin müavini təyin edilmişdi.

Tarix
2026.04.10 / 12:35
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentlər və xanımları “Poyi-Kalon” kompleksi ilə tanış oldu

Prezidentlər və ailə üzvləri Ark qalasında

Prezidentlər və xanımları İsmayıl Samani türbəsində - Video

Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri...

Konstitusiyada Bəyannaməyə istinad olmayacaq - Paşinyan

Bakı və İrəvan sülh üçün bunu dayandırmalıdır - Paşinyan

Nümayəndə heyətimiz Buxara Ark qalasında - Video

TRİPP dəmir yolu bu ərazilərdən keçəcək - Paşinyan

İlham Əliyev və xanımı Buxarada səfərdədir - Video

İlham Əliyev Zelenskini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla