Yuxarı

Azərbaycanda imtahan sistemi dəyişir? - Nazir açıqladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda imtahan sistemi dəyişir? - Nazir açıqladı

Mövcud yanaşmalarda əsas problemlərdən biri sualların mahiyyətindədir.

Axar.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Dövlət İmtahan Mərkəzinin yaradılmasının 10 illik yubileyi münasibətilə keçirilən "Qiymətləndirmə sistemləri: Etimad, şəffaflıq və innovasiya" mövzusunda beynəlxalq elmi-praktik konfransda deyib.

"Müşahidələrim göstərir ki, Azərbaycanda bəzi fənn mütəxəssisləri istər dil, istərsə də tarix sahəsində suallar hazırlayarkən daha çox qarşı tərəfi çaşdırmağa çalışırlar, nəinki onun bilik və bacarıqlarını ölçməyə. Halbuki sualın əsas məqsədi insanın nəyisə bacarıb-bacarmadığını üzə çıxarmaq olmalıdır. Bu yanaşma dəyişməlidir. Bu, ayrı-ayrı qurumların deyil, ümumilikdə Azərbaycan pedaqogikasında mövcud olan problemdir və daha çox fənn mütəxəssislərinə yönəlmiş çağırışdır", - o bildirib.

Nazir əlavə edib ki, imtahan sistemində tədricən dəyişikliklər aparılmalıdır:

"İnanıram ki, bu kimi məqamlar Azərbaycan imtahan sistemində mərhələli şəkildə dəyişəcək. Məleykə xanımın da (DİM sədri Məleykə Abbaszadə - red.) qeyd etdiyi kimi, xüsusilə kognitiv bacarıqların və sosial-emosional zəkanın ölçülməsi gələcək üçün son dərəcə vacibdir. Çünki gələcəyin uğurlu kadrlarını məhz bu bacarıqlar müəyyən edəcək".

Tarix
2026.04.10 / 20:00
Müəllif
Axar.az
Digər xəbərlər

Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı

YAP-da kadr dəyişikliyi: Bu şəxslər vəzifədən uzaqlaşdırıldı

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir

Bakıda bələdiyyə sədri bıçaqlandı, işçisi həbs olundu

Bu gün BTQ-nin yaranmasının 3 ili tamam olur

Azərbaycan Rusiyaya nota verdi: Səfir XİN-ə çağırıldı

Bayramov Bakıda BMT rəsmisi ilə görüşdü

İsrail mediası yazdı: Bu qərar Azərbaycanı incidəcək!

Ermənistan işğalının arxasında Rusiyanın dəstəyi dayanırdı...

İlham Əliyev Malavi prezidentini təbrik edtdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla