Yuxarı

Nazirlikdə Cio Kristofoli ilə görüş... - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlikdə Cio Kristofoli ilə görüş... - Foto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli ilə görüş olub.

Axar.az xəbər verir ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev ötən dövrdə Nazirliklə BP arasında uğurlu əməkdaşlıq təcrübəsinin formalaşdığını, müxtəlif istiqamətlər üzrə birgə layihələrin icra edildiyini bildirib.

Belə layihələrdən biri kimi “Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətinin artırılması” layihəsinin önəmi qeyd edilib. Qeyd edilən kateqoriyaya aid şəxslərin əmək bazarına inteqrasiyasına, inklüziv məşğulluğun təşviqinə mühüm dəstək olan bu layihənin icrası çərçivəsində görülmüş işlər diqqətə çatdırılıb.

Ölkədə əhali sakinliyinin inkişafı və demoqrafiya sahəsində tədqiqatların aparılması, bu sahədə nazirliyin kadr potensialının gücləndirilməsi istiqamətində də BP ilə Nazirliyin əməkdaşlığından bəhs olunub.

Cio Kristofoli BP şirkətinin fəaliyyətində sosial cəhətdən həssas qruplarla, o cümlədən əlilliyi olan şəxslərlə bağlı dəstək istiqamətinin də mühüm yer tutduğunu, tərəfdaşlarla birgə icra etdiyi sosial layihələrini qeyd edib.

Görüşdə əldə olunmuş müsbət əməkdaşlıq təcrübəsinin davam etdirilməsinin, yeni birgə layihələrin həyata keçirilməsinin məqsədəuyğun olduğu vurğulanıb, bu mövzuda fikir mübadiləsi aparılıb.

Tarix
2026.04.13 / 18:12
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və İrəvan sülh üçün bunu dayandırmalıdır - Paşinyan

Nümayəndə heyətimiz Buxara Ark qalasında - Video

TRİPP dəmir yolu bu ərazilərdən keçəcək - Paşinyan

İlham Əliyev və xanımı Buxarada səfərdədir - Video

İlham Əliyev Zelenskini təbrik etdi

Qarabağın bərpasında ilk kömək edən ölkə... - Prezident

Prezidentlər mətbuata bəyanatla çıxış etdilər

Əliyevin Özbəkistana səfəri tarixi hadisədir - Mirziyayev

Prezidentlərin təltifolunma mərasimi keçirildi

Yeni Daşkənddə "Azərbaycan" parkının təməli qoyuldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla