Yuxarı

Expressbank və GXSSD memorandum imzaladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Expressbank və GXSSD memorandum imzaladı

Expressbank ASC ilə Gözəlliyə Xidmət Sahəsində Sahibkarlara Dəstək İctimai Birliyi arasında sahibkarlığın inkişafına yönəlmiş tərəfdaşlıq memorandumu imzalanıb. Əməkdaşlığın əsas məqsədi gözəllik sektorunda fəaliyyət göstərən sahibkarların dəstəklənməsi, onların biznes imkanlarının genişləndirilməsi və maliyyə savadlılığının artırılmasıdır.

Memoranduma əsasən, Expressbank sahibkarlara bizneslərini inkişaf etdirmək üçün əlverişli və çevik maliyyə həlləri təqdim etməklə yanaşı, onların bank məhsullarından daha səmərəli və düzgün istifadə etmələrinə dəstək olacaq. Bu çərçivədə sahibkarların maliyyə savadlılığının artırılması prioritet istiqamətlərdən biri kimi müəyyən edilib.

Eyni zamanda, tərəflər sahibkarların maliyyə, hüquq və idarəetmə biliklərinin inkişafı məqsədilə müxtəlif təlim, seminar və maarifləndirici tədbirlərin təşkilini planlaşdırır. Bu təşəbbüslər vasitəsilə iştirakçılar bizneslərini daha effektiv idarə etmək, riskləri düzgün qiymətləndirmək və dayanıqlı inkişaf strategiyaları qurmaq imkanı əldə edəcəklər.

Tərəfdaşlıq çərçivəsində həmçinin sektorun inkişafına yönəlmiş birgə layihələrin həyata keçirilməsi, qadın sahibkarlığının təşviqi, eləcə də innovativ həllərin tətbiqinin dəstəklənməsi nəzərdə tutulur.

Qeyd edək ki, Gözəlliyə Xidmət Sahəsində Sahibkarlara Dəstək İctimai Birliyi ölkə üzrə bu sahədə fəaliyyət göstərən sahibkarların maraqlarını təmsil edən və sektorun inkişafına xidmət edən təşəbbüsləri bir araya gətirən platformadır.

Bank “Expressbank Business” mobil tətbiqi və İnternet Bankçılıq platforması ilə biznes müştərilərinin işini daim rahatlaşdırır.

Expressbank Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Şirvan, Qusar, Xaçmaz və Lənkəranda olmaqla, 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya Bankın “İnstagram”, “Facebook”, “LinkedIN” və “Telegram” sosial platformalarındakı rəsmi hesablarından tanış ola bilərsiniz.

“Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.

Təcili kredit üçün bura keçid edin!

Tarix
2026.04.17 / 16:55
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədə şagird hücumları: Psixoloqlar çağırış etdi - Təhlükə

Azərbaycanla koordinasiyalı şəkildə... - Ərdoğan

Prezident və xanımı Antalyada mühüm tədbirdə...

Üç qardaş bir arada - Foto

İlham Əliyev Şahbaz Şəriflə görüşdü - Foto

Azərbaycan-AB arasında görüş: Mühüm irəliləyiş...

Bölgənin problemlərini yalnız bu cür həll etmək mümkündür

Rusiyada Azərbaycan dilinin öyrənilməsinə ehtiyac var

İlham Əliyev Şimali Kipr prezidenti ilə görüşdü

İlham Əliyev Şaranı Azərbaycana dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla