Yuxarı

İkinci dəfə 300 bal toplayan şagird: Uğurumun səbəbi...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İkinci dəfə 300 bal toplayan şagird: Uğurumun səbəbi...

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında maksimum nəticə göstərən abituriyentlərdən biri də Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin məzunu Aydın Çingiz oğlu Həsənlidir. O, 300 bal toplayaraq ən yüksək nəticəyə imza atıb.

Axar.az xəbər verir ki, Aydın Həsənli əldə etdiyi uğurla bağlı Oxu.az-a danışıb.

A.Həsənli bildirib ki, maksimum nəticəni gözləsə də, tam əmin olmayıb:

"300 bal olmasa da, 297-298 civarında nəticə gözləyirdim. Amma çox şükür ki, 300 bal oldu. 9-cu sinifdə də 300 bal toplamışdım. Bu sevinci ikinci dəfə yaşayıram. Xəbəri eşidəndə ailə üzvlərim yanımda idi, sevincimizi özünüz təsəvvür edin".

A.Həsənli hazırlıq prosesindən də danışaraq deyib ki, uğurun arxasında həm sistemli zəhmət, həm də düzgün hədəf dayanır:

"Təxminən gündə iki saat hazırlıqda olurdum. Üstəlik, əlavə olaraq özüm də çalışırdım, inkişaf üçün mətnlər yazırdım. Uşaqdan uşağa fərq edir - təkbaşına hazırlaşıb yüksək nəticə göstərənlər də var, hazırlığa gedənlər də. Amma əsas məsələ yüksək hədəf qoymaqdır".

O, gələcək planlarına da toxunub:

"Kompüter elmləri ixtisasını seçmək istəyirəm. Qəbul üçün xüsusi hazırlaşmamışam. Çünki respublika səviyyəli yarışlarda nəticələrim və medallarım var".

Tarix
2026.04.17 / 20:45
Müəllif
Axar.az
Digər xəbərlər

Türk dünyası üçün də mühüm çağırışlar... - Deputat

WUF13 bunun üçün həlledici məqam olacaq

Prezident Anaklaudia Rossbaxı qəbul etdi - Foto

Gələn ay Bakıda mühüm tədbir keçiriləcək

Bakıda forum: 8 ölkədən nümayəndə iştirak edir

İlham Əliyevin Qazaxıstana səfəri başa çatdı

Prezidentin Qazaxıstan səfərindən - Videoçarx

Prezidentdən xoş xəbər: Yaxın aylarda...

Ermənistan Azərbaycan bayrağı ilə təqdim edildi - Foto

Aleksey Kuleba Bakıya gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla