Yuxarı

İnzibati məhkəmələrdə hansı iddia növü seçilməlidir? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İnzibati məhkəmələrdə hansı iddia növü seçilməlidir? - Video

İnzibati məhkəmə icraatında mübahisələr mülki prosesdən fərqli olaraq, iddia növləri üzrə araşdırılır. Bunun səbəbi publik hüquq münasibətlərindən irəli gələn mübahisələrin müxtəlif hüquqi nəticələr doğurmasıdır. Praktikada əsasən mübahisələndirmə, məcburetmə, öhdəliyin icrası, müəyyən etmə və tanınma iddialarına baxılır.

Axar.az xəbər verir ki, artıq icra olunmuş inzibati aktlara münasibətdə onların qanunsuz sayılması tələb olunur, icrası davam edən və ya başa çatmamış aktlar isə mübahisələndirmə qaydasında ləğv edilir. İnzibati aktın etibarsız sayılması isə yalnız qanunla müəyyən edilmiş məhdud hallarda mümkündür və məhkəmənin yoxlama səlahiyyəti bu çərçivə ilə məhdudlaşır.

Mübahisələndirmə iddialarında isə inzibati akt həm maddi, həm də prosessual baxımdan daha geniş şəkildə yoxlanılır. Bundan əlavə, bu iddia növü üzrə 30 günlük müraciət müddəti tətbiq edilir, etibarsızlıq iddialarında isə belə müddət nəzərdə tutulmur.

Bakı Apellyasiya Məhkəməsinin hakimi Elvin Əliyev bu məsələləri Real TV-də yayımlanan "Femida vaxtı" verilişində izah edib.

Onun məsələ ilə bağlı ətraflı izahını təqdim etdiyimiz videodan izləyə bilərsiniz:

Tarix
2026.04.17 / 21:03
Müəllif
Axar.az
Digər xəbərlər

Qarabağın bərpasında ilk kömək edən ölkə... - Prezident

Prezidentlər mətbuata bəyanatla çıxış etdilər

Əliyevin Özbəkistana səfəri tarixi hadisədir - Mirziyayev

Prezidentlərin təltifolunma mərasimi keçirildi

Yeni Daşkənddə "Azərbaycan" parkının təməli qoyuldu

Özbəkistan böyük nüfuza malikdir - Əliyev

Maraqlı anlar: İlham Əliyevi Azərbaycan dilində salamladı - Video

Ən səmərəli və nəticəyönümlü fond... - Prezident

Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi

Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı - Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla