Yuxarı

Polkovnikin oğlunu öldürən şəxsin cəzası bəlli oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polkovnikin oğlunu öldürən şəxsin cəzası bəlli oldu

Gəncə şəhərində 2009-cu il təvəllüdlü Vaqif Rəfibəylini bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən 19 yaşlı Rihat Cəfərova hökm oxunub.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elşən Vəliyevin sədrliyi ilə keçirilən sonuncu prosesdə R.Cəfərov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə ötən ilin oktyabrında baş verib. Orta məktəb şagirdi Vaqif Rəfibəyli tanıdığı Rihat Cəfərov tərəfindən bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, qətlə yetirilən 16 yaşlı məktəbli Vaqif Rəfibəyli sabiq polkovnik-leytenantın oğlu imiş. Onun atası Rövşən Rəfibəyli uzun illər ədliyyə sistemində çalışıb, Gəncə şəhərindəki istintaq təcridxanalarından birində rejim rəisi vəzifəsini icra edib və bir müddət əvvəl yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Tarix
2026.04.17 / 22:37
Müəllif
Axar.az
Digər xəbərlər

Qarabağın bərpasında ilk kömək edən ölkə... - Prezident

Prezidentlər mətbuata bəyanatla çıxış etdilər

Əliyevin Özbəkistana səfəri tarixi hadisədir - Mirziyayev

Prezidentlərin təltifolunma mərasimi keçirildi

Yeni Daşkənddə "Azərbaycan" parkının təməli qoyuldu

Özbəkistan böyük nüfuza malikdir - Əliyev

Maraqlı anlar: İlham Əliyevi Azərbaycan dilində salamladı - Video

Ən səmərəli və nəticəyönümlü fond... - Prezident

Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi

Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı - Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla