Yuxarı

Yaz və yayda sel təhlükəsi: FHN tədbirlər keçirdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yaz və yayda sel təhlükəsi: FHN tədbirlər keçirdi - Foto

Fövqəladə Hallar Nazirliyi səlahiyyətlərinə uyğun olaraq ölkə əhalisinin təhlükəsizliyinin təmin edilməsi, o cümlədən vətəndaşların fövqəladə hallarla bağlı davranış qaydaları barədə maarifləndirilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

FHN-dən Axar.az-a verilən məlumata görə, nazirliyin regional mərkəzləri tərəfindən sel təhlükəli ərazilərdə yaşayan sakinlərin sel-daşqın təhlükəsi barədə maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Növbəti belə maarifləndirmə tədbirləri Qarabağ Regional Mərkəzi (RM) tərəfindən Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, Füzuli, Laçın və Tərtər rayonları, Aran RM tərəfindən Ağdaş, Goranboy, Göyçay və Kürdəmir rayonları, Şimal RM tərəfindən Xaçmaz, Şabran, Siyəzən, Quba və Qusar rayonları, Şimal-qərb RM tərəfindən İsmayıllı, Qəbələ, Oğuz və Balakən rayonlarının sel təhlükəli kəndlərində keçirilib.

Yerli sakinlər, o cümlədən ictimai-iaşə obyektlərinin əməkdaşları və turistlərlə keçirilən görüşlərdə sel və daşqın təhlükəsindən qorunmağın yolları, bu təhlükə ilə üzləşdikdə davranış qaydaları barədə ətraflı məlumatlar verilib, mövzuya dair məlumatlandırıcı çap materialları paylanılıb.

Tarix
2026.04.18 / 11:35
Müəllif
Axar.az
Digər xəbərlər

Qarabağın bərpasında ilk kömək edən ölkə... - Prezident

Prezidentlər mətbuata bəyanatla çıxış etdilər

Əliyevin Özbəkistana səfəri tarixi hadisədir - Mirziyayev

Prezidentlərin təltifolunma mərasimi keçirildi

Yeni Daşkənddə "Azərbaycan" parkının təməli qoyuldu

Özbəkistan böyük nüfuza malikdir - Əliyev

Maraqlı anlar: İlham Əliyevi Azərbaycan dilində salamladı - Video

Ən səmərəli və nəticəyönümlü fond... - Prezident

Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi

Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı - Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla