Yuxarı

Şəmkirdə məktəbdə yanğın: şagirdlər təxliyə edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəmkirdə məktəbdə yanğın: şagirdlər təxliyə edildi

Şəmkirdə yanğın hadisəsi baş verib.

Axar.az APA-ya istinadla xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, rayonda yerləşən Nəriman Nərimanov adına ikimərtəbəli, ümumi sahəsi 900 kvadratmetr olan məktəbdə dərs vaxtı yanğın başlayıb. Yanğın məktəbin informatika otağında baş verib.

Hadisə zamanı şagirdlər məktəb rəhbərliyi tərəfindən təxliyə edilib.

Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınınları və canlı qüvvəsi cəlb edilib. Yanğın qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində məktəbin kompüter otağında 7 ədəd kompüter yanıb.

Qeyd edək ki, yanğın zamanı xəsarət alan olmayıb. Araşdırma aparılır.

Tarix
2026.04.18 / 11:28
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

İlham Əliyev qonaqların şərəfinə ziyafət verdi

İlham Əliyev Tacikistan prezidenti ilə görüşdü

İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü

Azərbaycanda mina qurbanlarının sayı açıqlandı

Baxçalı Azərbaycanla bağlı bu mesajı verdi

Rusiya hücumu: azərbaycanlı ailənin mənzili dağıldı - Foto

İlham Əliyev İsrail prezidenti ilə görüşdü

Hakan Fidan Bakıya gəldi - Foto

Prezident və xanımı onlarla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla