Yuxarı

ABB-nin AI-nur və AI-khanı - 1 milyon qarşılıqlı ünsiyyət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABB-nin AI-nur və AI-khanı - 1 milyon qarşılıqlı ünsiyyət

ABB müştərilərinin danışan süni intellekt köməkçiləri AI-nur və AI-khanın imkanları yeni funksiyalarla daha da genişlənib.

Mobil rabitə ödənişləri, bankdaxili və digər banklara köçürmələr, fərdi maliyyə məsləhəti

Artıq mobil rabitə ödənişlərini (Azercell, Bakcel, Nar) də sadəcə onlarla danışıb həyata keçirmək olar.

Bundan başqa, AI-nur və AI-khan indi müştərilərə fərdi maliyyə meneceri kimi də kömək göstərir. Apardıqları əməliyyatlara əsasən, onların aylıq gəlir və xərcləri ilə bağlı suallarını cavablandırır, vəsaitlərini düzgün idarə etməkdə dəstək olur.

Artıq həm ABB kartına, həm digər bank kartına kart nömrəsi və ya şablonla köçürmələri də süni intellekt köməkçiləri ilə yerinə yetirmək mümkündür.

İstifadəçilərin 56%-i AI-nurla, 44%-i AI-khan-la danışıb

Qısa zamanda ABB-nin 150 minə yaxın müştərisi süni intellekt köməkçisinin xidmətindən faydalanıb və istifadəçi sayı sürətlə artmaqdadır. İndiyə qədər süni intellekt köməkçiləri ilə 1 milyondan çox qarşılıqlı ünsiyyət qurulub. İstifadəçilərin 56%-i köməkçi kimi AI-nuru, 44%-i isə AI-khanı seçib.

AI-nur və AI-khan Bankın xidmət və məhsulları ilə bağlı əksər məsələlərdə operativ kömək göstərir, bank əməliyyatlarını, o cümlədən müştərinin kartları və hesabları arasında, eləcə də mobil nömrə ilə digər şəxslərə köçürmə əməliyyatlarını səsli komandalarla yerinə yetirir, sualları cavablandırırlar.

Zərurət yarandıqda müştərinin kartının bloklaşdırılmasını, yaxud yenidən aktivləşdirilməsini də AI-khan və AI-nur həyata keçirir!

Bank əməliyyatları daha rahat, sürətli və təhlükəsiz

Yeni süni intellekt texnologiyası müştərilərə bank əməliyyatlarını daha rahat və sürətli şəkildə həyata keçirməyə imkan yaradır. Bu zaman təhlükəsizlik də ən yüksək səviyyədə qorunur.

ABB yeni funksiyalarla müştərilərin süni intellektdən istifadə təcrübəsini tezliklə daha da inkişaf etdirəcək.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə etmək olar.

Tarix
2026.04.20 / 10:16
Müəllif
Axar.az
Digər xəbərlər

Qarabağın bərpasında ilk kömək edən ölkə... - Prezident

Prezidentlər mətbuata bəyanatla çıxış etdilər

Əliyevin Özbəkistana səfəri tarixi hadisədir - Mirziyayev

Prezidentlərin təltifolunma mərasimi keçirildi

Yeni Daşkənddə "Azərbaycan" parkının təməli qoyuldu

Özbəkistan böyük nüfuza malikdir - Əliyev

Maraqlı anlar: İlham Əliyevi Azərbaycan dilində salamladı - Video

Ən səmərəli və nəticəyönümlü fond... - Prezident

Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi

Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı - Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla