Yuxarı

ADY Xırdalan şagirdlərinə təlim keçdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ADY Xırdalan şagirdlərinə təlim keçdi

Azərbaycan Dəmir Yolları QSC dəmir yolu ətrafında yerləşən məktəblərdə təhlükəsizlik mədəniyyətinin formalaşdırılması istiqamətində fəaliyyətini davam etdirir.

Qurumdan Axar.az-a bildirilib ki, Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyi, eləcə də Abşeron-Xızı Regional Təhsil İdarəsinin dəstəyi ilə keçirilən növbəti görüş Xırdalan şəhər 3 saylı məktəb-liseydə baş tutub.

120-dən çox şagird və müəllimin qatıldığı tədbirdə uşaqlara dəmir yolu xətləri ətrafında təhlükəsiz davranış qaydaları sadə və anlaşılan dildə izah olunub. Qatarların yüksək sürəti, məsafə və reaksiya vaxtı kimi vacib məqamlar xüsusi vurğulanıb, real risklər üzərindən nümunələr təqdim edilib.

Görüşdə qatarların hərəkətinə risk yaradan hallara xüsusi diqqət ayrılıb. Qatarlara daş atılması, dəmir yolu üzərinə kənar əşyaların qoyulması kimi davranışların həm sərnişinlər, həm də bu hərəkətləri edən şəxslər üçün ciddi təhlükə yaratdığı konkret nümunələrlə izah olunub, mövzu üzrə videoçarxlar nümayiş etdirilib.

Eyni zamanda vurğulanıb ki, şagirdlərin hər biri bu gün öyrəndikləri təhlükəsizlik mesajlarının yayılmasında aktiv rol oynayan kiçik səfirlər ola bilərlər.

İnteraktiv formatda keçən görüşdə məktəblilərin sualları cavablandırılıb. Bildirilib ki, ADY piyadaların və nəqliyyat vasitələrinin təhlükəsizliyini artırmaq məqsədilə müasir yolötürücülərin, yerüstü və yeraltı keçidlərin inşasını davam etdirir, əraziləri müasir xəbərdaredici siqnalizasiya sistemləri ilə təchiz edir.

ADY üçün təhlükəsizlik əsas dəyərlərdən və prioritet məsələlərdəndir. Bu istiqamətdə həm əyani təlimlər, həm də sosial media vasitəsilə maarifləndirmə tədbirləri davamlı şəkildə həyata keçirilir. Məqsəd dəmir yolu ətrafında yaşayan və gündəlik olaraq bu infrastrukturdan istifadə edən hər kəs üçün daha təhlükəsiz mühit formalaşdırmaqdır.

Tarix
2026.04.20 / 16:33
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

Azərbaycan ABŞ-ı təbrik etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla