Yuxarı

Bakının bu ərazilərində evlər ucuzlaşdı - Xoş xəbər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakının bu ərazilərində evlər ucuzlaşdı - Xoş xəbər

Bakının Yeni Ramana qəsəbəsində, xüsusilə "Şuşa Ramana" və "Sovxoz Ramana" adlanan ərazilərdə həyət evlərinin qiymətində azalma müşahidə olunur.

Axar.az Metbuat.az-a istinadla xəbər verir ki, bu ilin yanvar-fevral ayları ilə müqayisədə Bakıətrafı qəsəbələrdə, o cümlədən "Şuşa Ramana" və "Sovxoz Ramana" adlanan yaşayış massivlərində evlər xeyli ucuzlaşıb.

Üç ay əvvəl 60-65 min manata təklif olunan həyət evləri indi 45-50 min AZN-ə satışa çıxarılıb. Biləcəri, Keşlə, Binə, Bülbülə, Zabrat, Məhəmmədi qəsəbələrində və Xırdalan şəhərində də oxşar vəziyyət müşahidə olunur.

Ev alqı-satqısı ilə məşğul olan Əli Əhmədov saytımıza açıqlamasında Bakıətrafı qəsəbələrdə evlərin qiymətinin ucuzlasmasını iki amillə əlaqələndirib:

"Mart və aprel aylarında aramsız yağan yağışlar zamanı evlərin çoxu su altında qaldı. "Şuşa" şəhərciyi deyilən ərazidə yüzdən çox ailə evini tərk etməli oldu. Beş-altı daşın üstündə inşa olunan evlərdə belə yaşamaq mümkün deyildi. Yağış suları nəticəsində "Sovxoz Ramana"da da 20-dən çox ev yararsız vəziyyətə düşdü. Sakinlər həmin evləri dəyər-dəyməzinə satıb başqa ərazilərə köçmək istəyirlər. Bakıətrafı qəsəbələrdə evlərinin ucuzlasmasinın əsas səbəbi budur".

Mütəxəssis deyib ki, ucuzlaşmanın digər səbəbi isə həmin evlərin çıxarışının olmamasıdır:

"Ucuz qiymətə satışa çıxarılan evlər bələdiyyə sənədi ilə alınan tikinti təyinatlı torpaqlarda tikilib. Sakinlər bu evlərdə əsasən 99 illik icarə müqaviləsi əsasında yaşayırlar. Sənədi olmadığı üçün yağış yağanda zərər görən bu evlər üçün dövlət kompensasiya odəmədi. Sözsüz ki, bu faktor evlərin qiymətinə təsir edir".

Əli Məmmədov sözugedən ərazilərdə mövcud tikinti qaydalarına uyğun evlərin inşa olunduğunu da bildirib. Onun sözlərinə görə, həmin evlərin qiyməti sabit olaraq qalır.

Tarix
2026.04.20 / 20:00
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna buna görə Azərbaycana təşəkkür etdi

Bakı və Ankara arasında hərbi əməkdaşlıq müzakirə edildi

Bu ölkələrin qərəzli sənədlərini rədd edirik - MM

Tramp bəyan etdi: Bu gün axşam İranla...

"Expressbank" əməkdaşları üçün seminar keçirildi - Foto

İsanın heykəlini sındırana cinayət içi açılıb – Netanyahu

İranın gizli oyunu: Silahlar yenidən işə düşür?

Bu ölkələrin səfirləri XİN-ə çağırıldı

KTMT-dən Bakı və İrəvan haqda açıqlama

Bayramov Tailandın baş naziri ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla