Yuxarı

Yeni mexanizm yaradılır: Borcu olanların diqqətinə...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni mexanizm yaradılır: Borcu olanların diqqətinə...

Azərbaycanda icra məmurlarının hüquqları genişləndiriləcək. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin aprelin 17-də keçirilən iclasında müzakirə olunan “Dövlət icra məmurları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Təklif olunan yeniliklər icra prosesində daha sərt və geniş nəzarət mexanizmlərinin tətbiqini nəzərdə tutur.

Dəyişikliklərə əsasən, borcluların yalnız bank hesabları deyil, həm də elektron pul vasitələri və digər maliyyə resursları daha asan şəkildə icra predmetinə çevrilə bilər. Bu isə icra məmurlarının imkanlarını artırmaqla yanaşı, borclular üçün məsuliyyət çərçivəsini də xeyli genişləndirir.

Həmin qanun qüvvəyə mindikdən sonra borclu vətəndaşların öhdəliklərini icra etmələri baş tutacaqmı?

Axar.az xəbər verir ki, Globalinfo.az-a danışan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Azay Quliyev deyib ki, dəyişikliklərin əsas məqsədi borcluların üzərinə götürdükləri öhdəliklərin icrasını təmin etmək üçün qanunvericilik bazasını təkmilləşdirməkdir:

“Bu dəyişikliklər, eyni zamanda, verdiyi borcu geri ala bilməyən və nəticədə ciddi maddi itkilərlə üzləşən vətəndaşların qanuni maraqlarının qorunmasına və pozulmuş hüquqlarının bərpasına xidmət edir. Hazırda icra olunmamış çoxsaylı icra sənədləri mövcuddur. Bu səbəbdən, icra məmurlarına əlavə səlahiyyətlərin verilməsi onların icraata daxil olmuş sənədlərin vaxtında, tam və düzgün icrasını təmin etmək imkanlarını artıracaq və daha effektiv tədbirlərin görülməsinə şərait yaradacaq”.

A.Quliyevin sözlərinə görə, “Dövlət İcra Məmurları haqqında” Qanunun 8-ci maddəsinə icra məmurlarının bu sahədə fəaliyyətinin daha səmərəli təşkili üçün hüquqlarının genişləndirilməsi təklif olunur:

“Bu təklif parlament tərəfindən qəbul edilərsə, borcluların yalnız bank hesabları deyil, həm də elektron pul vasitələri və digər maliyyə resursları icra predmetinə çevrilə biləcək. Bu isə borcun ödənilməsinin təmin edilməsi üçün əlavə imkanlar yaradacaq”.

Tarix
2026.04.20 / 21:06
Müəllif
Axar.az
Digər xəbərlər

Gələn ay Bakıda mühüm tədbir keçiriləcək

Bakıda forum: 8 ölkədən nümayəndə iştirak edir

İlham Əliyevin Qazaxıstana səfəri başa çatdı

Prezidentin Qazaxıstan səfərindən - Videoçarx

Prezidentdən xoş xəbər: Yaxın aylarda...

Ermənistan Azərbaycan bayrağı ilə təqdim edildi - Foto

Aleksey Kuleba Bakıya gəlir

Liderlər Türküstan Bəyannaməsini imzaladı

Azərbaycana qarşı vuruşan general Almaniyada öldü

Prezident Qazaxıstanda təməlqoyma mərasimində...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla