Yuxarı

Qazaxıstandan gəldi, Qarabağ uğrunda şəhid oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qazaxıstandan gəldi, Qarabağ uğrunda şəhid oldu

Bu gün – 21 aprel – qazaxıstanlı Yerbol Barımbetovun Qarabağ uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olmasından 32 il ötür.

Axar.az xəbər verir ki, Yerbol Barımbetov 1974-cü il yanvarın 1-də Qazaxıstanın Luqovski rayonunun Koraqatı kəndində anadan olub. 1992-ci ilin payızından 1993-cü ilin fevralına qədər Kapçekay hərbi desant bazasında xidmət keçib.

Qarabağda baş verən hadisələrə biganə qalmayan Yerbol Azərbaycana gəlmək qərarını 1991-ci ildə Xocavəndin Qarakənd üzərində vurulan helikopterdə şəhid olan milis polkovniki Saylau Serikovun və ümumilikdə qətlə yetirilən azərbaycanlıların qisasını almaq istəyi ilə əsaslandırıb.

1993-cü ilin fevralında Azərbaycan Ordusunun 776 saylı taboruna xüsusi təyinatlı olaraq qəbul edilən Yerbol kəşfiyyatçı kimi fəaliyyətə başlayıb, Murovdağ və Tərtər-Ağdərə istiqamətlərində döyüşüb. Daha sonra 472-ci kəşfiyyat batalyonunda xidmət edib, kəşfiyyat qrupuna rəhbərlik edərək dəfələrlə düşmən arxasında əməliyyatlar həyata keçirib.

1994-cü ilin fevralından yenidən Tərtər-Ağdərə zonasında döyüşlərə qatılan Yerbol kəşfiyyat qrupunun komandiri kimi fəaliyyət göstərib. Mart ayında pusquya düşən döyüş yoldaşlarını xilas edərkən ağır yaralansa da, müalicədən sonra yenidən cəbhəyə qayıdıb.

Qazax, Kəlbəcər və Ağdərə uğrunda döyüşlərdə fərqlənən Yerbol Barımbetov 1994-cü ildə Prezident Heydər Əliyev tərəfindən mükafatlandırılıb.

Onun şəhid olduğu tarixlə bağlı fərqli məlumatlar mövcuddur. Belə ki, bəzi mənbələrə görə 1994-cü ilin 20 aprelində yaralanıb, 21 apreldə şəhid olub.

Yerbol Barımbetov Bakıda II Şəhidlər Xiyabanında dəfn olunub.

Onun həyat yolu türk dünyasının qardaşlıq və fədakarlıq rəmzi kimi yadda qalır. Uzaq Qazaxıstandan gələrək Azərbaycanın ən ağır günlərində döyüşən bu gənc kəşfiyyatçı, göstərdiyi şücaətlə tarixdə silinməz iz buraxıb.

Tarix
2026.04.21 / 07:00
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Qarabağın bərpasında ilk kömək edən ölkə... - Prezident

Prezidentlər mətbuata bəyanatla çıxış etdilər

Əliyevin Özbəkistana səfəri tarixi hadisədir - Mirziyayev

Prezidentlərin təltifolunma mərasimi keçirildi

Yeni Daşkənddə "Azərbaycan" parkının təməli qoyuldu

Özbəkistan böyük nüfuza malikdir - Əliyev

Maraqlı anlar: İlham Əliyevi Azərbaycan dilində salamladı - Video

Ən səmərəli və nəticəyönümlü fond... - Prezident

Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi

Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı - Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla