Yuxarı

Xaricdən 2 manata alınan balıq niyə 35 manata satılır? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xaricdən 2 manata alınan balıq niyə 35 manata satılır? - Video

Azərbaycana idxal olunan bəzi balıqlar dəyərindən çox baha satılır.

Axar.az Xəzər TV-yə istinadən xəbər verir ki, məsələn, Rusiyadan 1 kiloqramı 2 manata idxal olunan nərə balığı Azərbaycan bazarında 35 manata satılır.

Məhsulun idxal göstəriciləri ilə pərakəndə satış qiymətləri arasında kəskin fərq isə müzakirələrə səbəb olub. Ekspertlər deyirlər ki, gömrükdə bəyan edilən qiymət sadəcə məhsulun alış dəyəridir. Bura hələ bir çox əlavə xərclər daxil edilməyib.

Qiymətin formalaşmasında digər bir məqam isə çoxpilləli satış sistemidir. Məhsulu ölkəyə gətirənlə onu piştaxtada satan şəxs eyni deyil. Pərakəndə satıcı bir neçə vasitəçidən sonra məhsulu əldə edir.

Sahibkarların sözlərinə görə, son qiymətə təsir edən ən əsas faktorlardan biri də təmizlənmə zamanı yaranan çəki itkisidir. Satıcı məhsulu bütöv alsa da, müştəriyə hissə-hissə təqdim edərkən ciddi maya dəyəri artımı ilə üzləşir.

Beləliklə, real görünməsə də, logistika, soyuducu xərcləri və təmizləmə zamanı yaranan təbii itkilər 2 manatlıq invoys qiymətini bazarda 30-35 manatlıq pərakəndə qiymətə çevirə bilir.

Tarix
2026.04.21 / 12:26
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

Azərbaycan ABŞ-ı təbrik etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla