Yuxarı

FHN ASAN Xidmətdə mülki müdafiə məşqi keçirdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN ASAN Xidmətdə mülki müdafiə məşqi keçirdi - Video

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi Salyan regional ASAN Xidmət Mərkəzində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda obyekt mülki müdafiə məşqi keçirib.

Axar.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məşqə FHN-in Muğan Regional Mərkəzinin, Salyan rayon Yanğından Mühafizə Hissəsinin, Salyan regional ASAN Xidmət Mərkəzinin və TƏBİB-in tabeliyində Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Salyan rayon stansiyasının müvafiq qüvvələri cəlb olunub.

Mülki müdafiə məşqinin keçirilməsində məqsəd müəssisə əməkdaşlarının mülki müdafiə sahəsində bilik və bacarıqlarının təkmilləşdirilməsi və bu sahədə onlara əməli vərdişlərin aşılanması olub.

Tədbir zamanı müəssisənin müvafiq heyətinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyəti yoxlanılıb.

Uğurla keçirilmiş məşqdə funksional vəzifələrlə bağlı məruzələr dinlənilib, müzakirələr aparılıb, müvafiq tapşırıq və tövsiyələr verilib.

Tarix
2026.04.22 / 12:03
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya buna görə Əliyevə minnətdardır - Putin

Tokayev bu il Azərbaycana gələcək

Bayramov Arakçı ilə danışdı

Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil

Rusiyadan yeni təklif: Azərbaycan istəsə, biz hazırıq

Azərbaycanla yenidən əməkdaşlığı zəruri hesab edirik

Rubiodan Azərbaycan açıqlaması: Bu səhifə bağlandı

Rusiyanın Ermənistan qərarı Azərbaycana dərs olmalıdır

İrəvanda mitinqdə azərbaycanca səs yazısı - Video

İrəvan bu dəyişiklikləri etməsə... - Dəmirtürk

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla