Yuxarı

Mirələm Cəlalov vəzifəsindən azad edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mirələm Cəlalov vəzifəsindən azad edildi

Azərbaycanın səhiyyə sistemində mühüm kadr yerdəyişməsi baş verib. TƏBİB-in tabeliyində fəaliyyət göstərən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Mirələm Cəlalov tutduğu vəzifədən azad olunub.

Axar.az Konkret.az-a istinadla xəbər verir ki, bununla bağlı müvafiq əmr artıq imzalanıb.

Qeyd edək ki, Mirələm Cəlalov bu vəzifəyə 2023-cü ilin yayında, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin birləşdirilməsi prosesindən sonra gətirilmişdi.

Xatırladaq ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi ölkə üzrə bütün təcili tibbi yardım briqadalarının vahid idarəetməsini həyata keçirən strateji bir qurumdur. Mirələm Cəlalovun gedişindən sonra mərkəzə rəhbərliyin müvəqqəti olaraq kimə həvalə ediləcəyi və ya yeni təyinatın kim olacağı barədə hələlik rəsmi məlumat verilməyib.

Tarix
2026.04.22 / 14:50
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev qonaqların şərəfinə ziyafət verdi

İlham Əliyev Tacikistan prezidenti ilə görüşdü

İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü

Azərbaycanda mina qurbanlarının sayı açıqlandı

Baxçalı Azərbaycanla bağlı bu mesajı verdi

Rusiya hücumu: azərbaycanlı ailənin mənzili dağıldı - Foto

İlham Əliyev İsrail prezidenti ilə görüşdü

Hakan Fidan Bakıya gəldi - Foto

Prezident və xanımı onlarla görüşdü

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı öldü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla