Yuxarı

Anar Əliyev İndoneziya səfiri ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Anar Əliyev İndoneziya səfiri ilə görüşdü

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İndoneziya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Berlian Helmi ilə görüş olub.

Axar.az xəbər verir ki, Azərbaycan və İndoneziya arasında münasibətlərin dostluq və qarşılıqlı hörmət əsasında inkişaf etdiyini bildirən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev əmək, məşğulluq, sosial müdafiə sahələrində də əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu qeyd edib.

2022-ci ilin dekabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İndoneziyanın İşçi Qüvvəsi Nazirliyi arasında imzalanan əməkdaşlıq sənədinə uyğun olaraq görülən işlərin Nazirliklər arasında əlaqələrin gücləndirilməsinə mühüm töhfə verdiyi vurğulanıb.

İslam Əməkdaşlıq Təşkilatının mənzil qərargahı Bakı şəhərində yerləşən Əmək Mərkəzinin Təşkilata üzv ölkələr arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığın inkişafında önəmli rolu diqqətə çatdırılıb. Son illər Azərbaycanda aparılan sosial islahatlar, DOST konsepsiyası, sosial sahədə əldə olunan rəqəmsal uğurlar barədə səfirə məlumat verilib.

Berlian Helmi digər sahələrdə olduğu kimi, əmək, məşğulluq və sosial müdafiə sahələrində də ikitərəfli əməkdaşlığın inkişafı üçün səfirlik tərəfindən səylər göstəriləcəyini bildirib. Görüşdə qeyd olunan sahələrdə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

Tarix
2026.04.22 / 17:07
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

Azərbaycan ABŞ-ı təbrik etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla