Yuxarı

Türkiyə nümayəndə heyəti Qarabağda - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə nümayəndə heyəti Qarabağda - Foto

Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin (MMU) rektor müavini professor Tələt Canbolatın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, səfər çərçivəsində türkiyəli qonaqlar işğaldan azad edilmiş ərazilərdə olub, bir sıra tarixi abidələri ziyarət ediblər.

Nümayəndə heyətinə Ermənistan silahlı qüvvələri tərəfindən xalqımıza qarşı törədilən vandalizmin nəticələri və dağıntılar, eləcə də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq və yenidənqurma işləri haqqında ətraflı məlumat verilib. Həmçinin hərbi qulluqçular 44 günlük Vətən müharibəsi və digər uğurlu əməliyyatlarla bağlı xatirələrini bölüşüblər.

N hərbi hissəsini ziyarət edən türkiyə nümayəndə heyəti burada yaradılan şərait ilə tanış olub. Qonaqlara torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən bölmələrin döyüş yolu haqqında geniş məlumat verilib.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, Türkiyə MMU-nun nümayəndə heyəti səfər proqramına uyğun olaraq Əlahiddə Ümumqoşun Ordunu ziyarət edəcəklər.

Tarix
2026.04.23 / 12:55
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyeva Ziroatxon Mirziyayeva ilə görüşdü

Sənədlərin imzalanması və mübadiləsi mərasimi oldu - Video

Prezidentlərin təltifolunma mərasimi keçirildi

Leyla Əliyeva Daşkənddən paylaşım etdi - Foto

Mirziyayevdən unikal təklif: Xəzər dənizində...

Əliyev və Mirziyayev açılış mərasimində iştirak etdilər

Mirziyayev elan etdi: “İki ölkə – bir çempionat” proqramı...

İrəliləmək üçün konkret tədbirlər planımız var - Əliyev

Özbəkistanla əbədi dostluq haqqında müqavilə imzalandı

Mərkəzi Asiya və Azərbaycan vahid iqtisadi regiondur...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla