Yuxarı

Tramp marşrutu: Bakı və Vaşinqton danışıqlara başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp marşrutu: Bakı və Vaşinqton danışıqlara başladı

ABŞ və Azərbaycan TRIPP və ya “Tramp Marşrutu” üzrə texniki danışıqlara başlayıb.

Axar.az xəbər verir ki, bu barədə “Avronyus” məlumat yayıb.

Mənbə bildirib ki, ABŞ-ın texniki nümayəndə heyəti Bakıda “Tramp Marşrutu” layihəsi üzrə danışıqlar aparıb. Vaşinqton Azərbaycanla yeni strateji tərəfdaşlığını konkret infrastruktur layihələrinə çevirməyə çalışır.

ABŞ Ticarət və İnkişaf Agentliyinin (USTDA) nümayəndə heyətinin səfəri çərşənbə günü başa çatıb. Səfərin məqsədi iki ölkə arasında ortaq strateji infrastruktur prioritetlərini inkişaf etdirmək olub. Bu, ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Bakıya səfəri zamanı imzalanmış ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının bir hissəsidir.

USTDA-nın Avropa və Avrasiya üzrə regional nümayənsədi Sara Lemminq deyib:

“Azərbaycanın strateji coğrafi mövqeyi onu Mərkəzi Asiyanı Qərblə birləşdirən Transxəzər tranzit marşrutunda əvəzolunmaz nəqliyyat mərkəzinə çevirir. “Tramp Marşrutu” bu dəhlizi daha da vacib edəcək”.

ABŞ-ın müvafiq qurumu hazırda Azərbaycanla mayeləşdirilmiş təbii qaz, mülki nüvə enerjisi, elektrik enerjisinin ötürülməsi, süni intellekt infrastrukturu, kibertəhlükəsizlik və rəqəmsal rabitə sahələrində layihələri araşdırdığını açıqlayıb.

Tarix
2026.04.23 / 20:43
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan haqda dediklərinizin nəticələrini anlayırsımızmı?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

ABŞ-da seçki: Demokratlar qalib gəlir

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

İlham Əliyev onlara müraciət ünvanladı

Rusiya Azərbaycanın qaytardığı məhsulu satışdan çıxarır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla