Yuxarı

Sahil Babayev bu federasiyanın prezidenti seçildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sahil Babayev bu federasiyanın prezidenti seçildi

Gənclər və idman naziri Fərid Qayıbovun iştirakı ilə Azərbaycan Boks Federasiyasının ümumi yığıncağı keçirilib.

Axar.az xəbər verir ki, Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov 2022-2026-cı illər ərzində federasiyada görülən işlərə dair hesabatı təqdim edib.

Bildirilib ki, Prezident İlham Əliyevin Azərbaycan idmanının inkişafına xüsusi qayğısı ölkə boksunun da yeni nailiyyətlər əldə etməsinə imkan verib. Boksçularımız son 4 ildə beynəlxalq yarışlarda 178-i qızıl, 165-i gümüş və 307-si bürünc olmaqla, ümumilikdə 650 medal qazanıb. Habelə bir neçə rəsmi yarışlarda yeni rekordlar müəyyənləşdiriblər. Gənc məşqçi və hakimlərin təcrübələrinin artırılması istiqamətində də mühüm addımlar atılıb, Bakı ilə yanaşı, bölgələrdə də boks idman növü üzrə maddi-texniki baza gücləndirilib.

Ardınca növbəti 4 il üçün federasiya rəhbərliyinə seçkilər keçirilib.

Səsvermənin nəticələrinə əsasən, Sahil Babayev yenidən Azərbaycan Boks Federasiyasının prezidenti, Natiq Həsənov və Vaqif Kazımov vitse-prezidentləri, Fuad Hacıyev və Rövşən Hüseynov İdarə Heyətinin üzvləri seçiliblər.

Sonda Sahil Babayev göstərilən etimada görə təşəkkürünü bildirib və federasiyanın qarşıdakı fəaliyyət planları barədə məlumat verib.

Tarix
2026.04.23 / 20:34
Müəllif
Axar.az
Digər xəbərlər

32 nəfər Almaniyadan Azərbaycana gətirildi

İmaməli Rəhman Azərbaycana gəldi

Bakı ilə Aktau və Kurık limanları arasında əməkdaşlıq...

Şövkət Mirziyayev də Bakıya gəldi

Qırğızıstan prezidenti Azərbaycana gəldi

İranın haker qrupu Azərbaycana hücumu etiraf etdi

Tokayev Azərbaycana gəldi - Foto

AQEM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclası keçirildi

Azərbaycan regionda əsas tərəfdaşımızdır - Hersoq

Lavrov Bakıya gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla