Yuxarı

Eminin şirkəti bu rayonlarda yaşayış məhəlləsi tikəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Eminin şirkəti bu rayonlarda yaşayış məhəlləsi tikəcək

Qubadlı şəhərində yerləşən yaşayış məhəlləsinin tikinti-quraşdırma işlərinin hansı şirkət tərəfindən həyata keçiriləcəyi məlum olub.

Axar.az Valyuta.az-a istinadən xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən elan edilən tenderin qalibi Sea Breeze Construction MMC olub.

Məlumata görə, tərəflər arasında 34 milyon 412 min 372,8 manat dəyərində satınalma müqaviləsi imzalanıb. Tender üzrə ehtimal olunan qiymət isə 36 milyon 225 min 492,39 manat təşkil edib. Bu da müqavilənin ilkin dəyərlə müqayisədə daha aşağı məbləğə bağlandığını göstərir.

Qeyd edək ki, "Sea Breeze Construction" 26 may 2022-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 50 manatdır. Qanuni təmsilçisi Elbəy Rzayev Azər oğludur.

Şirkət əsasən Sea Breeze Resort layihəsi çərçivəsində həyata keçirdiyi genişmiqyaslı tikinti-quraşdırma işləri ilə tanınır.

Xatırladaq ki, Sea Breeze Construction MMC azərbaycanlı iş adamı və sənətçi Emin Ağalarova məxsusdur.

Tarix
2026.04.29 / 13:31
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bu ölkə ilə viza rejimini ləğv etdi

Bayramov koreyalı həmkarı ilə danışdı

Nazirdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

“Liv Bona Dea” məhkəməyə saxta sənəd verib – Köçərli

Niderland parlamentinin Bakıya qarşı qərəzli sənədi… - Səfir

Şahin Mustafayev Ermənistanda səfərdədir - Foto

Ukraynanın Putini dəli edən zərbəsi: Rusiya çökə bilər

Ermənistan Azərbaycanla sərhəddə silah anbarlarını boşaldır

Paşinyan seçilsə, Kreml nə edəcək? - Silayev

İranın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla