Yuxarı

“Prezident Kuboku 2026” reqatasının açılış mərasimi...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Prezident Kuboku 2026” reqatasının açılış mərasimi...

Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr edilən “Prezident Kuboku 2026” beynəlxalq reqatasının Mingəçevir şəhərində rəsmi açılış mərasimi baş tutub.

Axar.az xəbər verir ki, “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin qarşısında keçirilən tədbirdə əvvəlcə reqata barədə ətraflı məlumat verilib.

Həmçinin bildirilib ki, aprelin 28-i görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın doğum gününə təsadüf edir. Tədbir çərçivəsində Heydər Əliyev və Zərifə Əliyevaya həsr olunmuş videoçarx nümayiş etdirilib.

Açılış mərasimində çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov və Azərbaycan Su İdman Növləri Federasiyasının icraçı vitse-prezidenti Fərhad Əliyev Cənab Prezident İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi diqqət və qayğını xüsusi vurğulayıblar. Qeyd olunub ki, belə mötəbər yarışların təşkili Azərbaycanın idman ölkəsi kimi nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, yarışların Cənab Prezident İlham Əliyevin tapşırığı əsasında ilk dəfə Sərsəng su anbarında keçirilməsi xüsusi əhəmiyyət daşıyır.

Rəsmi hissədən sonra mərasim bədii proqramla davam edib. Proqram çərçivəsində folklor musiqiləri, iştirakçı ölkələrin milli musiqiləri ilə rəqs nümunələri və müxtəlif səhnə kompozisiyaları təqdim olunub.

Tədbirdə həmçinin son illərin populyar “Döngə” musiqi qrupu canlı konsert proqramı ilə çıxış edib. Açılış mərasimi ənənəvi atəşfəşanlıqla yekunlaşıb.

Məlumat üçün bildirək ki, reqata aprelin 29-da Suqovuşanda davam edəcək. 30 aprel - 1 may tarixlərində Mingəçevirdə son yarışlar keçiriləcək.

Tarix
2026.04.29 / 13:12
Müəllif
Axar.az
Digər xəbərlər

Ankarada Azərbaycanı “xilafət”ə çağırdılar - Video

AKP-nin böyük yanlışı: Bakıya X-də söz atmaq...

İran səfirindən "Səhər Azəri"nin yaydığı görüntüyə reaksiya

Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun

Şövkət Mirziyayev sabah Azərbaycana gəlir

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla