Yuxarı

Azərbaycanda 68 şəhərin baş planı təsdiqləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda 68 şəhərin baş planı təsdiqləndi

Azərbaycanda şəhərsalma sahəsində aparılan islahatlar nəticəsində 68 şəhərin baş planı təsdiqlənib.

Axar.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bu gün Bakıda keçirilən "Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, ölkənin 79 şəhərindən 68-nin yeni baş planı hazırlanaraq təsdiq edilib, qalan 11 şəhər üzrə işlər isə davam etdirilir:

"Yenilənmiş baş planlar şəhərlərin inkişafını sistemli və proqnozlaşdırılan edir, sahibkarlıq fəaliyyəti üçün hüquqi aydınlıq və investisiya cəlbediciliyi yaradır".

A.Quliyev deyib ki, ölkədə şəhərsalma və tikinti sahəsində son 20 ildə genişmiqyaslı islahatlar həyata keçirilib:

"Bu dövrdə normativ hüquqi baza təkmilləşdirilib, ərazi planlaşdırılması inkişaf etdirilib və tənzimləmə mexanizmləri rəqəmsallaşdırılıb. Tikinti və istismara icazələrin verilməsi prosedurlarının sadələşdirilməsi nəticəsində hazırda ölkədə layihələndirmə əsasında minə yaxın subyekt fəaliyyət göstərir".

Tarix
2026.04.29 / 12:17
Müəllif
Axar.az
Digər xəbərlər

Ankarada Azərbaycanı “xilafət”ə çağırdılar - Video

AKP-nin böyük yanlışı: Bakıya X-də söz atmaq...

İran səfirindən "Səhər Azəri"nin yaydığı görüntüyə reaksiya

Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun

Şövkət Mirziyayev sabah Azərbaycana gəlir

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla