Yuxarı

Elnarə Rzayevaya şamil edilən amnistiya aktı ləğv edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elnarə Rzayevaya şamil edilən amnistiya aktı ləğv edildi

Bakıda fəaliyyət göstərən "Dr.Elnara” MMC-nin rəhbəri, tanınmış kosmetoloq Elnarə Ramiz qızı Rzayeva barəsində amnistiya aktının tətbiqi ləğv edilib.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Bakı Apellyasiya Məhkəməsinin qərarında qeyd olunub.

Rzayevanın barəsində "Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının tətbiq edilməsi və onun cəzadan azad olunması ilə bağlı Nərimanov Rayon Məhkəməsinin 13 yanvar 2026-cı il tarixli hökmü dəyişdirilib.

Belə ki, Rzayevanın cəzadan azad olunması ilə bağlı müddəalar hökmdən xaric edilib.

Elnarə Rzayeva aylıq qazancından dövlət nəfinə 10 faiz məbləğində vəsait tutulmaqla islah işləri cəzasına məhkum edilib.

Qeyd edək ki, bundan əvvəl Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Rzayeva Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinmişdi, ona islah işləri cəzası verilmişdi. Həmçinin onun əməlində Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından ona həmin maddə üzrə bəraət verilib.

Xatırladaq ki, ötən il Bakı və Sumqayıtda "LBC” estetik kosmetoloji klinikaların idarəçiləri Rəna Rüfət qızı Soltanova və Nigar Rüfət qızı Rüfət kosmetoloq Elnarə Rzayevanı təhqir və böhtan xarakterli məlumatlar yaydığına görə məhkəməyə vermişdilər.

Tarix
2026.05.13 / 11:41
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistana 9 vaqon buğda və 1 vaqon propan göndərildi

Rusiyada həbs edilən Ruslan Məmmədovla bağlı maraqlı fakt

Səfirimiz etimadnaməsini Fernandesə təqdim etdi

Sabah Ermənistana propan və buğda göndəriləcək

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi

Azərbaycanın kifayət qədər çətin qonşuları var - Norman

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla