Yuxarı

Smartfonun ömrünü belə uzatmaq olar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Smartfonun ömrünü belə uzatmaq olar

Yeni smartfon almaq əvəzinə, mövcud cihazın işini bərpa edərək istifadə müddətini uzatmaq mümkündür.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə “CNet” nəşri məlumat yayıb.

Nəşrin redaktoru Endrü Lankson 2026-cı ilin ortalarından etibarən smartfonların qiymətində artım müşahidə edildiyini bildirərək, yeni telefon almadan xərclərə qənaət etməyin yollarını açıqlayıb.

Mütəxəssisin tövsiyələri aşağıdakılardır:

Proqram təminatını yeniləyin: Smartfon üçün təqdim edilən bütün yenilənmələri quraşdırmaq cihazın işini optimallaşdırır və təhlükəsizliyi təmin edir. Həmçinin tətbiqlərin avtomatik yenilənməsini aktivləşdirmək tövsiyə olunur.

Fiziki qorunmaya diqqət edin: Cihazı zədələnmədən qorumaq üçün keyfiyyətli çexol və ekran qoruyucularından istifadə edin. Həmçinin enerji portunu mütəmadi olaraq təmizləmək vacibdir.

Batareyanı dəyişin: Əgər telefonun enerji saxlama müddəti azalıbsa, yeni cihaz almaq əvəzinə batareyanı yeniləmək daha səmərəli və ucuz çıxış yoludur.

Yaddaşı təmizləyin: Lazımsız tətbiqləri və köhnə fotoşəkilləri silməklə cihazın yaddaşını təmizləmək iş sürətini artıra bilər.

Qeyd edək ki, bir müddət əvvəl XDA mütəxəssisləri kompüterlərdəki SSD yaddaş qurğularının xidmət müddətini uzatmaq üçün TRIM funksiyasının aktivləşdirilməsini və mütəmadi diaqnostikanın aparılmasını məsləhət görmüşdülər.

Tarix
2026.05.22 / 00:19
Müəllif
Axar.az
Digər xəbərlər

Məsələ dindirmi: Azərbaycanda nə baş verir? - Ağar

Keyfiyyətli təhsilə nail olmaq istəyiriksə... - Deputat

İlham Əliyevlə Hun Manet arasında geniş tərkibdə görüş...

Bakının bunda maraqları var - Rusiyadan baxış

Azərbaycan və Kambocanın birinci xanımları görüşdü

Nəsimi Musayevə görə Qriqoryan da işdən qovuldu

Quma bağlı mərkəzlər Azərbaycana qarşı hərəkətə keçdi

Azərbaycan-Kamboca sənədləri mübadilə olundu

Ərəbistanın xahişini ABŞ niyə rədd etdi? - Böyük oyun

İlham Əliyev Kambocaya səfərə dəvət edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla