Yuxarı

Anar Əliyev Xankəndidə vətəndaşları qəbul etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Anar Əliyev Xankəndidə vətəndaşları qəbul etdi

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Xankəndi şəhərində Xankəndi şəhərinin, Ağdərə və Xocalı rayonlarının sakinlərini qəbul edib.

Axar.az xəbər verir ki, qəbul zamanı vətəndaşlar məşğulluq, əlillik, ünvanlı sosial yardım, pensiya və sosial müavinət, sosial xidmət və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub. Vətəndaşların müraciətləri araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.

Onlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar. Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib.

Nazir Anar Əliyev və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov özünüməşğulluq proqramı çərçivəsində Xankəndi şəhərində qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər.

Xocalı sakini Fikrət İnqilab oğlu Məhərrəmova istəyi və təcrübəsi nəzərə alınaraq, səyyar kofe satışını təşkil etmək üçün lazımi aktivlər verilib. O, verilmiş aktivlər hesabına Xankəndidə öz kiçik biznesini qurub. Xankəndi sakini Allahverdi Qurban oğlu Əhmədli üçün isə proqramın dəstəyi ilə kişi bərbərxanası yaradılıb.

Fikrət Məhərrəmov və Allahverdi Əhmədli kiçik biznesə sahib olmalarından razılıqlarını bildirib və onlara göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, özünüməşğulluq proqramı çərçivəsində Xankəndidə artıq 21 şəxs üçün kiçik təsərrüfatlar qurulub.

Tarix
2026.05.22 / 15:58
Müəllif
Axar.az
Digər xəbərlər

Leyen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşdı

Bayramov BMT baş katibinin xüsusi elçisi ilə görüşdü

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

Leyenin Azərbaycana səfəri başa çatdı

Prezidentdən Leyenin səfəri ilə bağlı - Video

İlham Əliyevlə Leyenin səmimi söhbəti - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla