Yuxarı

Sumqayıt-Bakı istiqamətində yol çökdü - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sumqayıt-Bakı istiqamətində yol çökdü - Video

Aramsız yağan yağışlar nəticəsində Sumqayıt şəhərinin Niyazi küçəsində, su borularının keçdiyi hissədə yol çöküb.

Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, hadisə ilə əlaqədar ərazidə təmir-bərpa işlərinə başlanılıb və yol müvəqqəti olaraq nəqliyyatın hərəkətinə bağlanıb.

Qeyd edək ki, sözügedən istiqamət Bakıya hərəkət edən sürücülər tərəfindən ən intensiv istifadə olunan yollardan biridir.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, ərazidə magistral tullantı su xəttinin dəyişdirilməsi və yenilənməsi istiqamətində tikinti-quruculuq işləri icra olunur:

“İşlər müntəzəm davam etdirilir və yaxın vaxtlarda yekunlaşdırılacaq. Məqsəd dayanıqlı infrastuktur yenilənməsi olduğu üçün bu işlərin görülməsi zəruridir”.

Xatırladaq ki, bundan əvvəl də şəhərin 9-cu mikrorayon ərazisində və Üzeyir Hacıbəyli küçəsində avtomobil yolunda çökmə baş vermişdi.

Tarix
2026.05.22 / 16:36
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevlə Hun Manet arasında geniş tərkibdə görüş...

Bakının bunda maraqları var - Rusiyadan baxış

Azərbaycan və Kambocanın birinci xanımları görüşdü

Nəsimi Musayevə görə Qriqoryan da işdən qovuldu

Quma bağlı mərkəzlər Azərbaycana qarşı hərəkətə keçdi

Azərbaycan-Kamboca sənədləri mübadilə olundu

Ərəbistanın xahişini ABŞ niyə rədd etdi? - Böyük oyun

İlham Əliyev Kambocaya səfərə dəvət edildi

Ölkə başçıları mətbuata bəyanatlarla çıxış etdilər

İpoteka şərtləri ağırdır: ilkin ödəniş də, aylıq da...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla