Yuxarı

Bu rayonlara dolu düşdü – Faktiki hava

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu rayonlara dolu düşdü – Faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin mayın 24-ü saat 12:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində arabir şimşək çaxıb, yağış yağıb.

Xidmətdən Axar.az-a verilən xəbərə görə, ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterli olub.

Düşən yağıntının miqdarı Qaxda 47, Xaltanda (Quba) 16, Gədəbəydə 12, Naxçıvanda 9, Daşkəsəndə 8, Qusarda 5, Şahbuz, Kişçayda (Şəki) 4, Altıağacda 3, Gəncə, Tovuz, Naftalanda 2, Goranboy, Ağstafa, Şəmkir, Zaqatala, Balakən, Xaçmaz, Şabran, Ordubad, Şahdağda 1 mm-dək qeydə alınıb.

Mayın 23-də saat 18:45-18:50 radələrində Ağstafa rayonuna, saat 21:02 radələrində Şəmkir rayonu Daşbulaq kəndinə, saat 21:27 radələrində isə Gədəbəy rayonunun Qoşabulaq, Pərizamanlı, Samanlıq kəndlərinə xırda dənəli dolu düşüb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 29, Aran rayonlarında 28, dağlıq rayonlarda isə 17 dərəcəyədək isti qeydə alınıb.

Tarix
2026.05.24 / 12:21
Müəllif
Axar.az
Digər xəbərlər

İranın daxili işlər naziri Azərbaycana gəldi

İlham Əliyev Hun Manetlə məhdud tərkibdə görüşdü

Kamboca baş nazirinin rəsmi qarşılanma mərasimi oldu

Kamboca baş naziri Azərbaycana gəldi

Tramp Ukraynaya ən dəhşətli xəyanətini etdi - KİV

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla