Yuxarı

Qumar və kazino oyunlarına qarşı əməliyyat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qumar və kazino oyunlarına qarşı əməliyyat

Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) qeyri-qanuni onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirib.

Bu barədə Axar.az-a DİN-dən məlumat verilib.

"Kiberpolisin bu məqsədlə keçirdiyi sonuncu tədbirlərlə qeyd olunan cinayət əməllərində təqsirli bilinən daha 4 nəfər - Səfər Səfərov, Fazil Məmmədov, Riyad Heydərli və Nadir Soltanov saxlanılıb" , - məlumatda bildirilib.

Aaşdırmalarla müəyyən edilib ki, həmin şəxslər ölkə hüdudlarından kənarda yaradılan onlayn kazino saytlarının Azərbaycan seqmenti üzrə admin panelini idarə ediblər. Bu isə həmin şəxslərə ölkə ərazisində kazino oyunlarını təşkil etməyə imkan yaradıb.

Saxlanılan şəxslərin yaşadıqları ünvanlara baxış zamanı elektron sübutlar, qanunsuz kazino oyunlarında istifadə olunan 200-dən artıq bank kartları, mobil nömrələr və s. aşkarlanaraq maddi sübut kimi götürülüb. Qeyd olunan şəxslərə Baş İdarədə ittiham elan edilib və onlar cinayət məsuliyyətinə cəlb olunublar.

Məhkəmənin qərarı ilə S.Səfərov və F.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib. Saxlanılan digər iki şəxslə bağlı başlanan cinayət işi üzrə müvafiq istintaq hərəkətləri davam etdirilir.

Tarix
2026.06.01 / 19:04
Müəllif
Axar.az
Digər xəbərlər

Trampın Əliyevə hədiyyəsində möhtəşəm detal

FHN onlar üçün “açıq qapı günü” keçirdi - Foto

Sahibə Qafarova Serbiyaya getdi

İlham Əliyev Trampın hədiyyəsini Orra göstərdi - Video

Mişadan müharibə xəbərdarlığı: Bakı icazə verməyəcək!

Yakov Milatoviç Azərbaycana gəlir

Starmerdən Bakıya məktub: Mühüm tərəfdaş...

Tramp Bakı və İrəvan arasındakı sülhdən danışdı: İyun ayında...

Elçin Quliyev iranlı generalla görüşdü - Foto

Tramp bu trendi dəyişdi və bu, həqiqətən əla hadisə oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla