Yuxarı

Mərkəzi Bankın yeni binası - Fotolar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mərkəzi Bankın yeni binası - Fotolar

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Mərkəzi Bankın yeni inzibati binasının açılışında iştirak edib.

Axar.az xəbər verir ki, yeni bina paytaxtın Heydər Əliyev prospektində yerləşir. Müasir şəhərsalma prinsiplərinə uyğun inşa edilmiş bina yüksək funksionallığa və qabaqcıl texnoloji göstəricilərə malikdir.

Bina 35 mərtəbədən ibarətdir, burada ümumilikdə 1300 nəfərlik iş sahəsi, konfrans və mətbuat zalları, müxtəlif təlim və toplantı otaqları var.

Yeni binanın layihələndirilməsi zamanı əlçatanlıq və inklüzivlik prinsiplərinə xüsusi diqqət yetirilib, fiziki məhdudiyyətli şəxslərin binaya rahat və təhlükəsiz şəkildə girişinin, həmçinin sərbəst hərəkətinin təmin edilməsinə imkan verən infrastruktur yaradılıb.

Binada rəsmi görüş və toplantılar üçün 25 otaq nəzərdə tutulur. Otaqların hamısı zəruri avadanlıqla təchiz olunub.

Yüksək keyfiyyət, təhlükəsizlik və dayanıqlı inkişaf standartlarına cavab verən binada müasir texnologiya və informasiya sistemləri də quraşdırılıb.

Burada, həmçinin əməkdaşların asudə vaxtının səmərəli təşkili məqsədilə istirahət məkanı yaradılıb, 340 nəfərlik yeməkxana da onların ixtiyarına veriləcək.

Müxtəlif tədbirlərin və təqdimatların keçiriləcəyi 240 nəfərlik konfrans zalında isə hər bir şərait mövcuddur.

Gecə saatlarında binanın vizual tanınmasını təmin edən multimedia fasad sistemi müxtəlif işıq ssenarilərinin və proyeksiyaların tətbiqinə imkan verir. Fasad da daxil olmaqla, ərazinin və binanın işıqlandırılması hərəkət sensorlu LED texnologiyası ilə təchiz olunub. Bu isə öz növbəsində günün işıqlı saatlarında elektrik enerjisinə qənaət etməyə imkan verir.

Tarix
2026.06.03 / 12:11
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident sərəncamı: 34 ölkə vətəndaşlarına vizasız rejim...

Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistanın deyil...

Yeni proqramda Qarabağ ideologiyası yoxdur - Paşinyan

Azərbaycan Mərkəzi Afrika Respublikasına başsağlığı verdi

Bakıda mühüm beynəlxalq konfrans keçiriləcək

Məşhur bloger narkotikə görə həbs olunub?

40 il öncə Qarabağı alovlandıran Aqanbekyan gündəmdə

Ermənistanın 5 il ərzində Azərbaycanla bağlı planı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Bakıya gələnlərə bağlamalar payladılar: saxlanılan var

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla