Yuxarı

Kanalda boğulan Elmir generalın qardaşı oğlu imiş

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kanalda boğulan Elmir generalın qardaşı oğlu imiş

Xəbər verdiyimiz kimi, Naxçıvanda 2019-cu il təvəllüdlü Elmir Cahangir oğlu Qurbanov su kanalına düşərək həyatını itirib.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, azyaşlı Dövlət Sərhəd Xidmətinin ehtiyatda olan hərbi qulluqçusu, Vətən Müharibəsi Qəhrəmanı general-leytenant Babək Qurbanovun və Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan polkovnik-leytenantı Bayram Qurbanovun qardaşı oğludur.

Prezident İlham Əliyev tərəfindən “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülən Babək Qurbanov eyni zamanda “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” medalları ilə də təltif edilib.

Babək Qurbanovun əkiz qardaşı Bayram Qurbanov da Vətən Müharibəsinin iştirakçısı olub və Prezident tərəfindən Şuşanın, Kəlbəcərin, Cəbrayılın azad olunmasına görə, eləcə də “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunub.

Qeyd edək ki, uşağın atası tanınmış dirijor Cahangir Qurbanovdur.

Tarix
2026.06.08 / 12:44
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN Avstriyanı təbrik etdi

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla