Yuxarı

Mərdəkanda dənizdə 4 nəfər batdı - İkisi qardaşdır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mərdəkanda dənizdə 4 nəfər batdı -

15:14

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 3 km aralı, dənizdə nəzarətsiz ərazidə 4 nəfərin batması barədə ilkin məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Axar.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları çağırış üzrə cəlb olunub.

Hazırda dalğıc-xilasedicilər tərəfindən vətəndaşların batdığı ehtimal olunan istiqamətlər üzrə axtarışlar həyata keçirilir.

***

Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 3 km aralı, dənizdə nəzarətsiz ərazidə batan 4 nəfərdən ikisinin meyidi tapılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Belə ki, dalğıc-xilasedicilər tərəfindən aparılan axtarışlar nəticəsində 1991-ci il təvəllüdlü Namiq İsabala oğlu Əzimovun və 2005-ci il təvəllüdlü Elnur İsa oğlu Əbdülovun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Digər vətəndaşlar - 2003-cü il təvəllüdlü Pərviz Zöhrab oğlu Məcidovun və 2007-ci il təvəllüdlü Elmar İsa oğlu Əbdülovun axtarışları davam etdirilir.

***

Axtarışlar nəticəsində dalğıc-xilasedicilər tərəfindən 2007-ci il təvəllüdlü Əbdülov Elmar İsa oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə FHN məlumat yayıb.

Digər şəxs - 2003-cü il təvəllüdlü Məcidov Pərviz Zöhrab oğlunun axtarışları davam etdirilir.

Tarix
2026.06.22 / 16:58
Müəllif
Axar.az
Digər xəbərlər

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla