Yuxarı

Çimərlik istiqamətinə gedən yeni avtobus marşrutları...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çimərlik istiqamətinə gedən yeni avtobus marşrutları...

Yay mövsümünün başlaması ilə əlaqədar olaraq Bakı və Abşeron yarımadasının məşhur çimərliklərinə sərnişinlərin rahat gediş-gəlişi üçün fəaliyyət göstərən avtobus marşrutları açıqlanıb.

Axar.az Milli.az-a istinadla xəbər verir ki, Novxanı istiqamətinə getmək istəyənlər "Azadlıq prospekti" metrostansiyasından hərəkət edən 123 nömrəli marşrutdan istifadə edə bilərlər.

Görədil çimərliyinə isə "Azadlıq prospekti" metrosundan 108A, həmçinin Zabrat dairəsindən 537 nömrəli avtobuslar xidmət göstərir.

Bilgəh istiqamətində "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzindən 171 nömrəli marşrut fəaliyyət göstərir.

Şüvəlan və Mərdəkan qəsəbələrinə getmək üçün sərnişinlər 136 və 156 nömrəli avtobuslardan yararlana bilərlər. Bundan əlavə, 181 nömrəli marşrut da Mərdəkan istiqamətində hərəkət edir.

Buzovna çimərliyinə isə "Koroğlu" NMM-dən 160 və 163 nömrəli avtobuslarla çatmaq mümkündür.

Məsul qurumlar vətəndaşlara istirahət zamanı təhlükəsizlik qaydalarına riayət etməyi, həmçinin çimərlik ərazilərində təmizliyin qorunmasına diqqət yetirməyi tövsiyə edirlər.

Tarix
2026.06.24 / 13:10
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla