Yuxarı

Qafqazda ilk “Apple Shop” “Kontakt”da... - Həsən İsrafilzadə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qafqazda ilk “Apple Shop” “Kontakt”da... - Həsən İsrafilzadə

Azərbaycanın texnologiya bazarında növbəti regional yenilik baş verir. Dünyanın nəhəng texnologiya şirkətlərindən biri olan “Apple”ın bu konsepti Qafqazda ilk dəfə məhz “Kontakt”da təqdim etməsi bazarda mühüm hadisədir. “Apple Shop” konseptini fərqləndirən məqamları öyrənmək üçün “Kontakt” mağazalar şəbəkəsinin Baş direktoru Həsən İsrafilzadə ilə həmsöhbət olduq.

- Həsən bəy, “Kontakt” bu dəfə regional miqyaslı bir ilkə imza atır. Bir rəhbər olaraq bu hadisəni necə qiymətləndirirsiniz?

- Bəli, həm ölkəmiz, həm də komandamız adına çox qürurverici və nüfuzlu bir hadisədir. Dünyanın texnologiya nəhəngi “Apple” brendinin Qafqaz regionunda ilk rəsmi “Apple Shop” konsepti məhz “Kontakt”da açılır. Bu cür qərarlar bir günün içində verilmir. Son illərdə müştərilərimizin “Apple” məhsullarına marağının davamlı şəkildə artdığını və onların daha fərqli, qlobal təcrübə axtarışında olduğunu müşahidə edirik. Bu ehtiyacı görərək dünya standartlarına uyğun bu konsepti ölkəmizə gətirdik. Brendin bu layihə üçün “Kontakt”ı seçməsi isə şirkət olaraq illər ərzində formalaşdırdığımız xidmət standartları beynəlxalq səviyyədə də qarşılıq tapdığını göstərir. Ona görə də, bunu Qafqaz regionunun texnologiya bazarında mühüm mərhələ kimi qiymətləndiririk.

- Maraqlıdır, bu konsept adi “Apple” satış nöqtələrindən nə ilə fərqlənir?

- İstər brendlə yaxından tanış olanlar, istərsə də ilk dəfə tanış olanlar üçün bu məkan tamamilə fərqli təcrübə təqdim edir. Bu zonanın məqsədi sadəcə məhsul nümayişindən daha çox beynəlxalq standartlara uyğun premium təqdimat və təcrübə yaratmaqdır. Burada məhsullar ayrı-ayrı cihazlar kimi deyil, vahid bir ekosistemdə təqdim edilir. Müştərilər eyni brendin müxtəlif cihazlarının bir-biri ilə necə inteqrasiya olunduğunu real mühitdə sınaqdan keçirə biləcəklər. Bu yanaşma müştərilərin seçim zamanı yaranan bir çox suallarına yerindəcə cavab tapmasına imkan yaradır. Müştərilər bura daxil olduqda rəsmi zəmanətin gətirdiyi rahatlıqdan brendin fəlsəfəsinə qədər hər detalı vahid bir məkanda yaşayacaqlar.

- Müştəriləri bu məkanda cihazların özündən başqa daha hansı eksklüziv üstünlüklər gözləyir?

- Bura gələn hər bir ziyarətçi, sözün bütün mənalarında, rəsmi “Apple” dünyasına addım atmış olur. Çünki mağazada fəaliyyət göstərəcək personal birbaşa brend tərəfindən qlobal səviyyədə təlim keçmiş ekspertlərdir. İstəyimiz odur ki, müştərimiz rəsmi zəmanət və orijinallıq təminatı ilə bərabər, həm də qüsursuz, fərdiləşdirilmiş və premium bir xidmət alsın. Çünki “Kontakt” və “Apple” adlarının yan-yana durması məhz bu mükəmməlliyi tələb edir.

- “Kontakt” bu gün Qafqazda ilk rəsmi “Apple Shop”a ev sahibliyi edir. Sizcə, şirkəti bu nöqtəyə gətirən əsas amillər hansılardır?

- Fəaliyyətimizin ilk günündən məqsədimiz texnologiyanı insanlara daha əlçatan etmək, onlara düzgün seçim etməyə kömək göstərmək və uzunmüddətli etibar yaratmaq olub. Bu illər ərzində mağaza şəbəkəmizi genişləndirdik, xidmət keyfiyyətimizi davamlı şəkildə artırdıq, komandamızın inkişafına investisiya etdik və müştəri məmnuniyyətini hər zaman əsas prioritet kimi qəbul etdik. Bu gün “Apple” kimi qlobal bir brendin regionda ilk belə konsepti məhz “Kontakt”a etibar etməsi də həmin yolun uğurlu nəticəsidir. Biz bunu əldə olunmuş son nöqtə deyil, gələcək inkişafımız üçün yeni başlanğıc kimi görürük.

Qeyd edək ki, Qafqazda ilk rəsmi “Apple Shop”un açılışı iyunun 26-sı, saat 13:00-da “Kontakt”ın “İnşaatçılar” mağazasında baş tutacaq. Açılış proqramı çərçivəsində musiqili qonaq qismində populyar müğənni Nigar Camal çıxış edəcək, “Apple” ekosisteminə həsr olunmuş vörkşop təşkil ediləcək. Tədbir iştirakçıları arasından bir nəfər isə 500 AZN dəyərində hədiyyə kartı qazanacaq.

Xatırladaq ki, “Kontakt” mağazalar şəbəkəsi Azərbaycanda “Apple” brendinin rəsmi satış mərkəzidir və burada təqdim olunan bütün məhsullar qlobal zəmanət və orijinallıq təminatı ilə müştərilərə təqdim edilir.

Tarix
2026.06.24 / 13:05
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla